Yüklənir...
Location: Bakı
Tələblər Ali təhsil; Yaş həddi: 30-50; Müvafiq sahədə min. 5 il təcrübə; Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü; Kollektivlə ünsiyyət qurma bacarığı; Analitik təhlil etmə, strateji düşünmə bacarığı; Stressə davamlı; Azərbaycan, rus, ingilis dillərini mükəmməl səviyyədə bilməli; İş barədə məlumat Şirkətin maliyyə fəaliyyətini təhlil etmək; Maliyyə nəzarətinin həyata keçirilməsi, maliyyə hesabatlarının təhlilinin aparılması; Maliyyə hesabatlarının hazırlanması, mühasibat uçotuna dəyişiklik edilməsi və təkliflərin verilməsi; Maliyyə hesabatlarının MHBS-na uyğun transformasiyası; Strateji və əməliyyat planlarına uyğun illik büdcə proqnozlarının hazırlanması; Hesabatların hazırlanmasında iştirak və nəzarət edilməsi; Müqavilələrin qüvvədə qalma müddətinə nəzarət edilməsi, bitmə vaxtları barədə öncədən rəhbərliyə məlumat verilməsi; Faktiki büdcə ilə xərclərin fərqinə baxılması, büdcədən kənara çıxmamaq üçün təkliflərin verilməsi; Bütün xərclərə nəzarət edilməsi və hesabatın rəhbərliyə təqdim edilməsi; Xərclərin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi; Hesabatların dövri və illik hazırlanmasında iştirak edilməsi; Audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işlərin həyata keçirilməsi; Maliyyə KPİ-larının müəyyənləşdirilməsi; Proqnoz hesabatların hazırlanması; Pul vəsaitlərinin hərəkətinə və ödənişlərə nəzarət etmək; Xərclərin, debitor borcların,çatızmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi; Vergi mühasibatlığı ilə bağlı məsələlərin həllində iştirak etmək. Əlavə məlumatlar: Əmək haqqı: Gross 2500-3500 AZN İş qrafiki: 5 gün, 09:00 – 18:00 Korporativ nömrə və danışıq balansı Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Baş mühasib” sözünü qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.