Yüklənir...
Location: Bakı
Namizədə tələblər: Logo proqramında sərbəst işləmək bacarığı (mütləqdir) Anbardar sahəsində minimum 1-3 il iş təcrübəsi Ali təhsil (Bakalavr dərəcəsi) üstünlük veriləcək. MS Office proqramları üzrə biliklər (işləmək bacarığı); Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük veriləcək. Əsas vəzifə və öhdəliklər: Anbara daxil olan malları, xammalı və hazır məhsulları qəbul etmək, yoxlamaq və müvafiq qaydada yerləşdirmək; Məhsul və xammalların anbardan buraxılışını müvafiq sənədlər (qaimələr, təhvil-təslim aktları) əsasında həyata keçirmək; Anbardakı malların hərəkətini (giriş-çıxış) sistemdə və uçot sənədlərində dəqiq və vaxtında əks etdirmək; İstehsalat və satış şöbələri ilə koordinasiyalı çalışaraq tələb olunan xammal və məhsulların operativ təminatını həyata keçirmək; Anbarda olan mal-materialların saxlanma şəraitinə, təhlükəsizliyinə və zədələnməməsinə nəzarət etmək; Dövri inventarizasiya (sayım) prosesində fəal iştirak etmək, faktiki qalıqlar ilə sistem göstəricilərini tutuşdurmaq; Anbarda səliqə-sahmana, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək; Yararsız və ya zədələnmiş mal-materiallar aşkar edildikdə bu barədə dərhal rəhbərliyə məlumat vermək və aktlaşdırmaq. İş şəraiti: İş yeri: Sumqayıt Kimya Sənaye parkı; İş qrafiki: həftə içi 5 gün (09:00-18:00); Nahar şirkət tərəfindən təmin edilir; Servis xidməti (Sumqayıt şəhəri). Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “ Anbardar ” adını mövzu hissədə qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.