Yüklənir...
Location: Bakı
İş yeri: Bakı İş qrafiki: Tam iş günü Vəzifə öhdəlikləri: Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və icrası; Instagram, Facebook, LinkedIn, TikTok və digər sosial media platformalarının idarə olunması; Kontent planının hazırlanması və paylaşım prosesinin koordinasiyası; Meta (Facebook/Instagram) və Google Ads reklam kampaniyalarının qurulması, optimallaşdırılması və idarə edilməsi; Reklam nəticələrinin analiz edilməsi və aylıq hesabatların hazırlanması; SEO və veb-saytın inkişafı üzrə təkliflərin verilməsi; Foto və video çəkilişlərinin təşkili, dizayner və videoqrafla koordinasiyalı işləmək; Brendin rəqəmsal görünürlüğünün artırılması və yeni müştəri cəlbi üçün kampaniyaların hazırlanması. Tələblər: Marketinq, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil; Digital Marketing sahəsində minimum 2 il iş təcrübəsi; Meta Ads Manager və Google Ads platformalarında praktiki təcrübə; Google Analytics 4 (GA4) və Google Search Console ilə işləmək bacarığı; Sosial media idarəçiliyi və kontent planlaşdırılması üzrə təcrübə; Canva və ya Adobe Photoshop proqramlarında əsas dizayn bacarığı (üstünlükdür); Azərbaycan dilini sərbəst, ingilis dilini orta səviyyədə bilmək (üstünlükdür); Analitik düşüncə, yaradıcılıq, məsuliyyət və komanda ilə işləmə bacarığı. Təklif edirik: Rəqabətli əməkhaqqı (müsahibə əsasında); Peşəkar inkişaf və karyera imkanları; Rahat və müasir iş mühiti; Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə. Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Digital Marketinq Mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.