Location: Bakı
İş yeri: Bakı İş qrafiki: Tam iş günü Vəzifə öhdəlikləri: Memarlıq layihələrinin konsept, eskiz və işçi layihələrinin hazırlanması; Memarlıq planları, kəsiklər, fasadlar və detalların işlənməsi; Layihələrin qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanmasının təmin edilməsi; Layihə komandası, konstruktor və MEP mühəndisləri ilə koordinasiyalı işləmək; Müəllif nəzarətində iştirak etmək və zərurət olduqda obyektə baxış keçirmək; Layihə sənədlərinin vaxtında və keyfiyyətlə hazırlanmasını təmin etmək. Tələblər: Memarlıq ixtisası üzrə ali təhsil; Memar vəzifəsində minimum 2 il iş təcrübəsi ; AutoCAD , ArchiCAD, Revit və SketchUp proqramlarını yaxşı səviyyədə bilmək; 3ds Max, Corona Render və Lumion/Enscape proqramlarından birini bilmək üstünlükdür; Adobe Photoshop proqramında işləmək bacarığı; Tikinti norma və qaydaları ( SNiP/SP , Azərbaycan tikinti normaları) üzrə biliklər; İşçi layihələrinin hazırlanması üzrə praktiki təcrübə; Məsuliyyətli, dəqiq, komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı. Təklif edirik: Rəqabətli əməkhaqqı (müsahibə əsasında); Peşəkar inkişaf və karyera imkanları; Rahat və müasir iş mühiti; Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə. Maraqlanan namizədlərdən CV-lərini və mümkün olduqda portfolio larını mövzu hissəsində "Memar" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.