Yüklənir...
Location: Bakı
Mühasibat və vergi xidmətləri göstərən komandamıza M ü hasib axtarırıq. Vəzifə baş mühasibin rəhbərliyi altında istehsal müəssisələrinin gündəlik mühasibat uçotunun aparılmasını və uçot sisteminin qurulmasında iştirakı əhatə edir. Əsas vəzifələr: İlkin mühasibat sənədlərinin yoxlanılması və əməliyyatların uçot proqramına daxil edilməsi; Bank və kassa əməliyyatlarının uçotunun aparılması; Alış-satış əməliyyatlarının işlənməsi, elektron qaimələrin hazırlanması və yoxlanılması; Debitor və kreditor borclarının uçotu, qarşı tərəflərlə üzləşmələrin aparılması; Xammal, material və hazır məhsulların giriş-çıxış əməliyyatlarının uçotu; İstehsal xərclərinin uçotunda və maya dəyəri hesablamaları üçün məlumatların hazırlanmasında iştirak; Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması; Baş mühasibin nəzarəti altında vergi, statistika və digər məcburi hesabatların hazırlanması; Ayın bağlanması üçün hesablar üzrə üzləşmələrin aparılması və məlumatların hazırlanması; İlkin qalıqların müəyyənləşdirilməsi, əvvəlki dövrlərin uçotunun bərpası və ERP sisteminin tətbiqi işlərində iştirak; Mühasib köməkçisi və müəssisələrin əməkdaşları ilə sənəd dövriyyəsinin koordinasiyası. Namizədə tələblər: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali və ya orta ixtisas təhsili; Mühasib kimi ən azı 2 il iş təcrübəsi; Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə praktiki biliklər; 1C və ya digər mühasibat proqramlarında işləmək bacarığı; Excel-dən sərbəst istifadə etmək; Elektron vergi portalı və internet bankçılıq sistemlərində işləmək bacarığı; Sənədlərlə diqqətli işləmək, tapşırıqları vaxtında yerinə yetirmək və komandada çalışmaq bacarığı. İstehsalat və anbar uçotu üzrə təcrübə üstünlükdür. İş şəraiti: Aylıq əməkhaqqı: razılaşma yolu ilə; Tam iş günü; Baş mühasibin rəhbərliyi altında, mühasib köməkçisi ilə birlikdə iş; İş yeri: “Acon Tax and Accounting” MMC, Bakı şəhəri, 8 noyabr prospekti, Azure Business Center İş qrafiki: həftənin 5 günü, saat: 09:00 - 17:30 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.