Location: Bakı
Namizədə aid tələblər: Ali təhsil; Azərbaycan,Rus və İngilis dillərini bilməsi; Microsoft Office proqramlarını bilməsi; Təchizat, satınalma və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi; Təchizat və satınalma prosesləri üzrə praktiki biliklər; Tikinti sahəsində təchizat və satınalma üzrə iş təcrübəsi; Danışıqlar aparmaq və təchizatçı münasibətlərini idarə etmək bacarığı; Analitik düşüncə və məsuliyyətlilik. Əsas vəzifə və öhdəliklər: Tikinti layihələri üzrə təchizat proseslərinin təşkil və idarə edilməsi; Tikinti materialları, avadanlıq və digər zəruri məhsullar üzrə təchizatın təmin edilməsi; Yerli və xarici təchizatçıların araşdırılması və yeni təchizatçıların cəlb edilməsi; Qiymət və kommersiya təkliflərinin toplanması və müqayisə edilməsi; Təchizatçılarla danışıqların aparılması; Materialların layihə və texniki tələblərə uyğunluğuna nəzarət edilməsi; Sifarişlərin verilməsi və çatdırılma prosesinin izlənilməsi; Müqavilə və satınalma sənədlərinin hazırlanması və nəzarətdə saxlanılması; Təchizat üzrə bazar araşdırmalarının aparılması. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Sınaq müddəti- 3 ay; İş saatı 9:00-18:00-dək; 5 günlük iş rejimi ; Əmək haqqı müsahibədə təcrübəyə əsasən təyin olunur Uyğun namizədlərdən CV-lərini başlıq hissəsinə “Təchizat üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd edək ki, CV-lərə mərhələli şəkildə baxılır və yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.