Texniki işçi - Alliance Facility Management (AFM)

Location: Bakı

Alliance Facility Management komandamıza avadanlıq və materialların daşınması, obyektlərdə texniki işlərə dəstək, alət və avadanlıqların istifadəyə hazırlanması üzrə çalışacaq Texniki işçi  axtarır. Tələblər Əsas öhdəliklərə şirkət avtomobilini təhlükəsiz idarə etmək, avadanlıqların sazlığına nəzarət etmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək daxildir. Namizəd 45 yaşadək, hərbi xidmət keçmiş, B və C kateqoriyalı sürücülük vəsiqəsinə və minimum 10 il sürücülük stajına malik olmalıdır. İntizamlı, məsuliyyətli, komanda ilə işləməyi bacaran və təhlükəsizlik qaydalarına riayət edən namizədlər axtarılır; ali təhsili və xarici dil biliyi olanlara üstünlük verilir. Müraciət etmək üçün 050 788 88 25  nömrəsinə zəng edə və ya WhatsApp vasitəsilə CV-nizi göndərə bilərsiniz.