Location: Bakı
Vəzifəyə aid öhdəliklər: Müəssisənin nəqliyyat vasitələrinin gündəlik hərəkətini, iş qrafikini və marşrutlarını planlaşdırmaq və koordinasiya etmək; Nəqliyyat vasitələrini təyinatlar üzrə bölüşdürmək və sürücülərə gündəlik tapşırıqlar vermək; Sürücülərin işə çıxışını və tapşırıqların vaxtında icrasını izləmək; Nəqliyyat vasitələrinin yüklənmə-boşaldılma prosesini və təyinat məntəqələrinə vaxtında çatdırılmasını koordinasiya etmək; Marşrutlar üzrə gecikmə, nasazlıq və digər problemləri operativ şəkildə həll etmək və aidiyyəti şəxsləri məlumatlandırmaq; Yanacaq sərfiyyatı, yürüş, yol vərəqələri və digər nəqliyyat məlumatlarının uçotunu aparmaq və hesabatlar hazırlamaq; Nəqliyyat vasitələrinin texniki baxış və təmir proseslərini aidiyyəti şəxslərlə koordinasiya etmək; Sürücülər üçün elektron sistemlərdə etibarnamələrin hazırlanmasını təmin etmək və nəqliyyat vasitələrinin səmərəli istifadəsinə nəzarət etmək. Namizədə tələblər: Ali və ya orta ixtisas təhsili; logistika, nəqliyyat, idarəetmə və ya müvafiq sahə üzrə təhsil üstünlükdür. Nəqliyyat və ya logistika sahəsində ən azı 1 il iş təcrübəsi. Nəqliyyat vasitələrinin, marşrutların və sürücülərin işinin koordinasiyası üzrə praktiki biliklər. Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı. MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı. Operativ qərar qəbul etmək və yaranan problemləri çevik həll etmək bacarığı. Sürücülərlə və digər struktur bölmələrlə düzgün kommunikasiya qurmaq bacarığı. Yüksək məsuliyyətlilik, diqqətlilik və intizamlılıq. Stressli və intensiv iş şəraitində işləmək bacarığı. GPS/nəqliyyat izləmə sistemləri ilə işləmək bacarığı üstünlükdür. Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı ilkin anlayışın olması üstünlükdür. İş şəraiti: İş yeri – Ağsu şəhəri ; Həftə içi 5 günlük iş qrafiki; Ağsu şəhərinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir; Gecələmə və qidalanma şirkət tərəfindən qarşılanmır; Əmək haqqı 900 – 1,000 Azn aralığındadır. Dəqiq məbləğ namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.