Yüklənir...
Location: Bakı
Category Manager – Non-Food We are looking for an experienced and commercially driven Category Manager – Non-Food to lead the development and growth of non-food categories within our fast-growing supermarket chain. This role offers the opportunity to take ownership of category strategy, assortment, pricing, promotions, supplier partnerships, international sourcing, and commercial performance , and work closely with key functions across the business. Job Responsibilities: Category Management Develop and implement long-term and short-term category strategies aligned with company goals. Analyze sales, market trends, customer behavior, and competitor activity to optimize assortment and category performance . Manage the full product lifecycle, including new product listing, pricing, promotions, and delisting . Balance sales, profitability, customer satisfaction, and stock turnover . Lead initiatives to optimize ranging, pricing, promotions, and merchandising. Supplier & Import Management Source and develop products with domestic and international suppliers (in cooperation with Import team) . Negotiate pricing, payment terms, delivery schedules, promotional support, and other commercial conditions. Manage key supplier relationships and evaluate performance based on cost, quality, service, and innovation . Ensure execution of commercial contracts and timely collection of agreed supplier income. Commercial Planning Lead annual budgets, forecasts, category plans, and promotional calendars . Own category sales, margin, revenue, and key commercial KPIs. Collaborate with Marketing, Merchandising, Operations, Supply Chain, and Finance to ensure effective execution. Job Requirements: 5+ years of experience in category management, buying, import procurement, commercial management, light household goods categories preferably in retail. Bachelor’s degree; Strong understanding of retail category management, local and international trade, sourcing, and logistics . Experience with international brand management (taking into account local market specifics) Excellent negotiation, analytical, commercial, and project management skills. Advanced proficiency in Microsoft Excel and retail analytics tools . Flexibility and willingness to travel Fluency in Azerbaijani and English; Russian is an advantage. Interested candidates may apply for the role by sending resume to the e-mail address in the Apply for job button, mentioning " Category Manager” in theme tab. Pease note that only selected candidates will be contacted regarding next steps of recruitment process. Kateqoriya Meneceri – Qeyri-qida məhsulları üzrə Sürətlə böyüyən supermarketlər şəbəkəmizdə qeyri-qida kateqoriyalarının inkişafına töfhə verəcək təcrübəli və kommersiya yönümlü Qeyri Qida məhsulları üzrə Kateqoriya Meneceri axtarırıq. Bu rol kateqoriya strategiyası, assortiment, qiymətləndirmə, promo idarəedilməsi, təchizatçı tərəfdaşlıqları, beynəlxalq satınalma və kommersiya göstəricilərinə nəzarət etməklə yanaşı, biznesin əsas funksiyaları ilə sıx əməkdaşlığı tələb edir. Vəzifə öhdəlikləri: Kateqoriya İdarəedilməsi Şirkətin məqsədlərinə uyğun uzunmüddətli və qısamüddətli kateqoriya strategiyalarının hazırlanması və həyata keçirilməsi. Assortimentin və kateqoriya göstəricilərinin optimallaşdırılması məqsədilə satışların, bazar tendensiyalarının, müştəri davranışının və rəqib fəaliyyətinin təhlil edilməsi. Məhsulun həyat dövrünün (yeni məhsulların çeşidə daxil edilməsi, qiymətləndirmə, promo və çeşiddən çıxarılması daxil olmaqla) idarə olunması. Satış, gəlirlilik, müştəri məmnuniyyəti və ehtiyat dövriyyəsinin balanslaşdırılması. Çeşidlənmənin, qiymətləndirilmənin, promo və merçendayzinqin optimallaşdırılması üzrə təşəbbüslərə rəhbərlik edilməsi. Təchizatçı və İdxal İdarəedilməsi Yerli və beynəlxalq təchizatçılarla məhsulların axtarışı və inkişaf etdirilməsi (İdxal komandası ilə əməkdaşlıq çərçivəsində). Qiymət, ödəniş şərtləri, çatdırılma cədvəlləri, promo dəstəyi və digər kommersiya şərtləri üzrə danışıqların aparılması. Əsas təchizatçı münasibətlərinin idarə olunması və fəaliyyətin xərc, keyfiyyət, xidmət və innovasiya meyarları əsasında qiymətləndirilməsi. Kommersiya müqavilələrinin icrasının və razılaşdırılmış təchizatçı gəlirlərinin vaxtında yığılmasının təmin edilməsi. Kommersiya Planlaşdırması İllik büdcələrin, proqnozların, kateqoriya planlarının və promo təqviminin idarə edilməsi. Kateqoriya satışları, marja, gəlir və əsas kommersiya KPI-larına cavabdehlik. Effektiv icranı təmin etmək üçün Marketinq, Merçendayzinq, Əməliyyatlar, Təchizat və Maliyyə şöbələri ilə əməkdaşlıq edilməsi. Vəzifə Tələbləri: Əsasən pərakəndə satış sahəsində kateqoriya menecmenti, satınalma, idxal satınalmaları, kommersiya idarəçiliyi, yüngül məişət malları kateqoriyaları üzrə 5+ il iş təcrübəsi; Ali təhsil; Pərakəndə kateqoriya menecmenti, yerli və beynəlxalq ticarət, mənbənin tapılması (sourcing) və logistika sahəsində güclü anlayış; Beynəlxalq brendlərin idarə olunması təcrübəsi (yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla); Əla səviyyədə danışıqlar aparmaq, analitik, kommersiya və layihə idarəetmə bacarıqları; Microsoft Excel və pərakəndə analitika alətləri üzrə qabaqcıl səviyyədə biliklər; Çeviklik və ezamiyyətlərə getməyə hazır olmaq; Azərbaycan və ingilis dillərində səlis danışq; rus dili üstünlük hesab olunur. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “ Kateqoriya meneceri (qeyri qida) ” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.