Location: Bakı
Şirkətimiz Merçendayzer vəzifəsi üzrə məsuliyyətli, operativ və işinə peşəkar yanaşan əməkdaş axtarır. Namizədə tələblər Orta və ya ali təhsil; Minimum 1 il təcrübə ; Yaş həddi: 20–40 yaş ; Qadın namizədlərə üstünlük verilir; Verilmiş tapşırıqları vaxtında və düzgün yerinə yetirmək. Əsas vəzifələr Təyin olunmuş gündəlik marşrut üzrə satış nöqtələrinə ziyarətlərin həyata keçirilməsi; Şirkət məhsullarının rəflərdə müəyyən edilmiş standartlara uyğun şəkildə yerləşdirilməsinin təmin edilməsi; Satış nöqtələrində yeni məhsulların düzgün təqdimatının və yerləşdirilməsinin həyata keçirilməsi; Məhsulların istehsal tarixlərinə və əmtəə görünüşünə nəzarət edilməsi; Qiymət dəyişikliklərinin və qiymət etiketlərinin mütəmadi yoxlanılması; Məhsulların rəflərdə mövcudluğuna və düzgün düzülüşünə nəzarət edilməsi; İş şəraiti İş qrafiki: 6 günlük; İş saatları: 09:00–18:00; Əmək haqqı: 750 AZN; Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, e-poçtun mövzu hissəsində “Merçendayzer” qeyd etməklə göndərmələri xahiş olunur.