Yüklənir...
Location: Bakı
Bu vəzifə, tabeli qurumlarımızdan birinə axtarılır. Vəzifə Öhdəlikləri: Layihələr üzrə memarlıq konsepsiyalarının hazırlanması və memarlıq layihələndirmə işlərinin həyata keçirilməsi; Memarlıq-planlaşdırma həllərinin hazırlanması və müvafiq layihə sənədlərinin işlənib hazırlanması; Plan, fasad, kəsik və digər zəruri memarlıq çertyojlarının hazırlanması; Layihələrin təsdiq edilmiş texniki tapşırığa, sifarişçi tələblərinə və müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi; Layihə sənədlərinin müvafiq tikinti norma və standartlarına uyğun hazırlanmasının təmin edilməsi; Memarlıq həllərinin mühəndislik və digər layihə həlləri ilə koordinasiya edilməsi; Layihə sənədlərində tələb olunan dəyişiklik və düzəlişlərin həyata keçirilməsi; Layihə sənədlərinin müəyyən edilmiş müddətlərdə və tələb olunan keyfiyyət standartlarına uyğun hazırlanmasının təmin edilməsi; Sifarişçi, layihə komandası və digər aidiyyəti tərəflərlə layihə məsələləri üzrə koordinasiyanın həyata keçirilməsi; Layihələndirmə prosesində aşkar edilmiş uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılmasının təmin edilməsi; Müvafiq daxili qaydalara, prosedurlara və etik davranış standartlarına riayət etmək. Tələb Olunan Bilik və Bacarıqlar: Ali təhsil (Memarlıq və ya əlaqəli sahə üzrə Ali təhsil); Müvafiq sahə üzrə 3 il təcrübə; Microsoft Office proqramları (Word, Excel, PowerPoint) – peşəkar səviyyədə bilmək; Azərbaycan dilini mükəmməl, ingilis dili yaxşı və rus dili üstünlükdür; Memarlıq layihələndirməsi və planlaşdırılması; Tikinti norma, qayda və standartları ilə işləmə bacarığı; Texniki çertyojların hazırlanması və oxunması bacarığı; Layihə işlərini müəyyən edilmiş müddətlərdə tamamlamaq bacarığı. Təklif Edilir: Nahar təminatı; Mobil nömrə təminatı; Dinamik mühitdə işləmək və inkişaf şansı; Rahat və müasir iş mühiti – şəhərin mərkəzində ofis. Ünvan: Bakı, Sarabski küç. 75, Sarabski Plaza. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.