Montaj rejissoru - Baku Tv

Location: Bakı

Baku TV “Montaj rejissoru” vakansiyası elan edir. Dinamik, müasir vizual düşüncəyə, geniş dünyagörüşünə və yaradıcı yanaşmaya malik uyğun namizədlər müraciət edə bilər. Əsas tələblər: Video montaj sahəsində minimum 3–5 illik peşəkar iş təcrübəsi; Televiziya verilişləri üçün anonsların, xüsusi günlərə və əlamətdar hadisələrə həsr olunmuş promo və imic çarxlarının kreativ üslubda hazırlanması bacarığı; Müasir vizual trendləri izləmək və onları yaradıcı iş prosesində tətbiq etmək bacarığı; Süni intellekt (AI) alətlərindən istifadə edərək kreativ video kontent hazırlamaq bacarığı; Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst və peşəkar səviyyədə işləmək bacarığı; Müstəqil yaradıcı ideyalar irəli sürmək və onları konsepsiyadan yekun məhsula qədər reallaşdırmaq bacarığı; Komandada işləmək, yaradıcı müzakirələrdə və ideya mübadiləsində aktiv iştirak etmək Qeyd: Portfolio təqdim etmək mütləqdir. Televiziya anonsları, promo və kreativ video çarxlar üzrə iş nümunələrinə üstünlük veriləcək. Uyğun namizədlər CVlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.