Yüklənir...
Location: Bakı
İş yeri: Bakı şəhəri Əmək haqqı: 3000–3500 AZN Vəzifə öhdəlikləri Tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa işlərinin layihə, AzDTN, ISO və digər normativ tələblərə uyğunluğuna nəzarət etmək; Podratçıların QA/QC proseslərini, Keyfiyyət İdarəetmə Planı (QAP/QMP) və prosedurlarını yoxlamaq və monitorinq etmək; Sahə keyfiyyət yoxlamalarını planlaşdırmaq, təşkil etmək və ITP əsasında icrasına nəzarət etmək; Texniki və keyfiyyət risklərini müəyyənləşdirmək, qiymətləndirmək və preventiv tədbirlər üzrə təkliflər vermək; Material və avadanlıqların layihə, spesifikasiya və təsdiq edilmiş MAR sənədlərinə uyğunluğunu yoxlamaq; Uyğunsuzluqları (NCR/Observation) müəyyən etmək, qeydiyyata almaq, düzəldici tədbirlərin icrasını və NCR-lərin bağlanmasını izləmək; Təkrarlanan keyfiyyət problemlərinin kök səbəblərini təhlil etmək və CAR-ların effektivliyini qiymətləndirmək; Layihənin təhvil-təslim və istismara verilməsi üçün keyfiyyət sənədlərinin tamlığına nəzarət etmək; Həftəlik və aylıq keyfiyyət/proses hesabatlarını və NCR izləmə cədvəllərini hazırlamaq. Tələblər İnşaat mühəndisliyi, memarlıq, mühəndislik və ya tikinti idarəetməsi üzrə ali təhsil; Tikinti və ya daşınmaz əmlak layihələrində minimum 5 il, aparıcı KT/KN (QA/QC) mühəndisi kimi təcrübə; Sifarişçi və ya nəzarətçi təşkilatda keyfiyyət idarəetməsi üzrə təcrübəyə üstünlük verilir; AzDTN, EN və ISO 9001 standartları üzrə yaxşı/dərin bilik; Layihə sənədləri, IFC çertyojları, ITP, QAP/QMP və MAR sənədləri ilə işləmə bacarığı; Azərbaycan Respublikasının əməyin mühafizəsi və ekoloji qanunvericiliyi üzrə bilik; Güclü analitik, kommunikasiya və hesabat hazırlama bacarığı; AutoCAD və MS Office, xüsusilə qabaqcıl Excel bilikləri; İngilis dili biliyi; ISO 9001 Lead Auditor, IRCA və ya ekvivalent sertifikatların olması üstünlükdür. Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Keyfiyyətə Nəzarət Mühəndisi (QA/QC)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.