Yüklənir...
Location: Bakı
Öhdəliklər Şirkətin gündəlik mühasibat və maliyyə əməliyyatlarının uçotunun aparılması; Bank əməliyyatlarının həyata keçirilməsi, bank ödənişlərinin və müxabirləşmələrin düzgün aparılmasının təmin edilməsi; Daxili mühasibat uçotu sistemində ödəniş və köçürmələrin idarə edilməsi, məlumatların vaxtında və düzgün işlənilməsi; Elektron qaimə-fakturaların, hesab və vergi hesab-fakturalarının hazırlanması, göndərilməsi və gündəlik yoxlanılması; Alıcı və təchizatçılarla qarşılıqlı hesablaşmaların aparılması, debitor və kreditor borcların uçotu və nəzarətdə saxlanılması; Qarşılıqlı üzləşmə aktlarının hazırlanması və hesablaşmaların düzgünlüyünün yoxlanılması; Mal və xidmətlər üzrə müqavilə, sifariş və digər ilkin sənədlərin yoxlanılması; İlkin mühasibat sənədlərinin düzgünlüyünün, tamlığının və vaxtında sistemə daxil edilməsinin təmin edilməsi; Aylıq əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması; Əməkhaqqı üzrə vergi və sosial sığorta öhdəliklərinin hesablanması; Mühasibat və vergi uçotu üzrə sənədlərin düzgün rəsmiləşdirilməsi, sistemləşdirilməsi və qorunmasının təmin edilməsi; Ödəniş sənədlərinin və maliyyə məlumatlarının düzgünlüyünün yoxlanılması; Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə tapşırıqlarının yerinə yetirilməsi. Tələblər: Ali təhsil (Maliyyə, Mühasibatlıq sahəsi üzrə); Müvafiq sahə üzrə min. 2-3 il iş təcrübəsi Mühasibat və vergi uçotu üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə dair biliklər; ƏDV, mənfəət vergisi, ÖMV və MDSS hesabatlarının hazırlanması üzrə praktiki təcrübə; Elektron qaimə-fakturalar, bank əməliyyatları və ödəniş sənədləri ilə işləmə bacarığı; Analitik düşünmə və dəqiqlik; İş şəraiti: İş qrafiki: 5 günlük iş rejimi , saat 09:00-18:00 Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq İş yeri: Bakı şəhəri Maraqlanan namizədlər mövzu yerində “Mühasib ” yazmaqla öz şəkilli CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.