Location: Bakı
İşiniz nədən ibarət olacaq? Şirkətə daxil olan zəngləri cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək; Müştəriləri və qonaqları gülərüzlə qarşılamaq, onların suallarını cavablandırmaq; Müraciətləri qeydiyyata almaq və müvafiq şöbələrə ötürmək; Elektron poçt yazışmalarını həyata keçirmək; Daxil olan və göndərilən məktubların idarə olunmasını təmin etmək; Ofisdə effektiv ünsiyyət və koordinasiyanın qurulmasına dəstək olmaq. Sizdə hansı keyfiyyətləri görmək istəyirik? Güclü ünsiyyət və təqdimat bacarığı; Məsuliyyətli və operativ yanaşma; Komandada işləmək bacarığı; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; MS Office proqramlarından istifadə bacarığı. Biz nə təklif edirik? Peşəkar və dəstəkçi komanda; Karyera inkişafı imkanları; Rahat və müasir iş mühiti; Rəqabətli əməkhaqqı və motivasiyaedici iş şəraiti: 5 günlük iş həftəsi, iş saatı 10:00 - 18:00 AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; Şəhərin mərkəzində müasir ofisdə işləmək Əmək haqqının səviyyəsi fərdi qaydada, müsahibənin nəticələrinə əsasən - namizədin təcrübəsindən, bilik və bacarıqlarından asılı olaraq müzakirə edilir. Əgər ilk təəssürat yaratmağın gücünə inanırsınızsa və şirkətimizin siması olmaq istəyirsinizsə, CV-nizi (28 yaşadək) bizimlə paylaşın! Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .