Location: Bakı
Təsvir Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Kommersiya və yaşayış obyektlərimizin texniki istismar əməliyyatlarına rəhbərlik edəcək, avadanlıq və mühəndis sistemlərinin fasiləsiz, təhlükəsiz və standartlara uyğun fəaliyyətini təmin edəcək İstismar üzrə menecer axtarırıq. Bu rol texniki xidmət komandasının idarə edilməsinə, istismar büdcəsinin və təchizat proseslərinin nəzarətdə saxlanılmasına, planlı-profilaktik baxış cədvəllərinin icrasına, eləcə də istismar siyasətlərinin, prosedurlarının və KPI göstəricilərinin tətbiqinə cavabdeh olacaq. Bu vəzifədə uğur qazanmaq üçün mühəndislik və texniki bilikləri praktiki idarəetməyə tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək müstəqil idarə etmək, komandaya effektiv rəhbərlik etmək və nəticələrə görə məsuliyyət daşımaq bacarığı əsasdır. Əsas öhdəliklər: Texniki istismar əməliyyatlarına rəhbərlik və nəzarət Kommersiya və yaşayış obyektlərində bütün texniki istismar və xidmət əməliyyatlarına rəhbərlik etmək və nəzarəti həyata keçirmək; Təhlükəsizlik standartlarına və planlı-profilaktik texniki baxış (preventive maintenance) cədvəllərinə tam riayət olunmasını təmin etmək; Yaranan texniki nasazlıqların və problemlərin operativ həlli məqsədilə mühəndis və texniki komandalarla sıx əməkdaşlıq etmək. Komanda idarəçiliyi, prosedurlar və KPI-ların tətbiqi Texniki istismar heyətini idarə etmək və iş tapşırıqlarını (work orders) effektiv şəkildə koordinasiya etmək; Texniki istismar üzrə siyasətləri, iş prosedurlarını və əsas səmərəlilik göstəricilərini (KPI) hazırlamaq və tətbiq etmək. Büdcə, təchizat və podratçılarla iş Texniki istismar büdcəsinin hazırlanmasına və icrasına, eləcə də istismar avadanlıqlarının və materiallarının satınalınması prosesinə nəzarət etmək; Xidmət müqavilələrinin icrasını və podratçı/təchizatçı şirkətlərin iş keyfiyyətini (performance) mütəmadi monitorinq etmək; Təchizatçılar, xidmət təminatçıları və şirkətin daxili struktur bölmələri ilə effektiv kommunikasiya və əlaqələndirməni təmin etmək. Tələblər Mühəndislik və ya digər müvafiq texniki sahə üzrə ali təhsil; Obyektlərin idarə edilməsi (Facility Management) və ya texniki istismar sahəsində iş təcrübəsi; İsitmə, soyutma və havalandırma (HVAC), elektrik və mexaniki sistemlər üzrə dərin biliklər; Güclü liderlik, komanda idarəetməsi, büdcələmə və yüksək təşkilatçılıq bacarıqları; İşgüzar səviyyədə İngilis dili biliyi. Vakansiya növü - Tam ştat İmtiyazlar Daşınmaz əmlak sektorunda ölkənin aparıcı şirkəti olan FMG-də kommersiya və yaşayış obyektlərinin texniki istismar əməliyyatlarını müstəqil idarə etmək imkanı\. Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək Rəqabətli əməkhaqqı və bonus Rəqabətli əməkhaqqı və bonuslar Geniş təminatlı tibbi sığorta Korporativ loyallıq proqramına üzvlük Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.