Yüklənir...
Location: Bakı
İş Yeri: FBCO LLC Lokasiya: Bakı,Azərbaycan Vəzifənin təsviri Bu vəzifənin rolu xəmirin hazırlanması, çörəyin formalaşdırılması və bişirilməsidir İstehsalat sahəsində bütün növ çörək məmulatlarının texnoloji prosseslərə uyğun hazırlanmasını təmin etməli. Sifarişə və təkliflərə uyğun yeni reseptləri tərtib edilməsi və hazırlanmasını bacarmalı. Müştərilərdən gələn şikayətləri araşdırılmalı və səbəbinin aradan qaldırmalı. İstehsal olunan çörəklərin keyfiyyət göstəricilərini stabil və standarta uyğun olmasını nəzarətdə saxlamalı. İstifadəsində olan avadanlıqları düzgün şəkildə istismar etməli və təmizliyinə nəzarət etməli. İstehsal rəhbərinin verdiyi tapşırıqları eksizsiz yerinə yetirmək. İstehsal olunan məhsullar üçün xammalların resepturaya uyğun düzgün yığılması . Çörəkçi köməkçilərinin işini daim nəzarətdə saxlayır və onları verilən sifarişlər üzrə məhsulların hazırlanması üçün təlimatlandırır Tələblər Çörəkçi sahəsində müvafiq təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları. Təhsil Orta ixtisas təhsili arzuolunandır. İş Təcrübəsi Çörəkçi vəzifələrində minimum 3 il iş təcrübəsinə malik olmaq; Professional Bacarıq və Kompetensiyalar Ünsiyyət bacarıqları. Kollektivdə işləmə bacarığı. Stressə davamlılıq. Məsuliyyət. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.