Smeta mühəndisi - Foton

Location: Bakı

Nə təklif edirik? “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük; Könüllü tibbi siğorta (ailə paketi); Peşəkar komanda ilə işləmək fürsəti; İşçinin inkişafı üçün təlim, tədris proqramları.  Vəzifə öhdəlikləri: Layihə cizgiləri və texniki sənədlər əsasında iş həcmlərinin hesablanması (Quantity Take-Off) və BOQ (Bill of Quantities) hazırlanması; Cizgi və texniki sənədlərlə smeta məlumatlarının müqayisə edilməsi; Təqdim olunmuş smetalarda iş həcmlərinin, material və avadanlıqların, tətbiq edilmiş qiymətlərin və digər xərclərin təhlil edilməsi; İnşaat, elektrik, mexaniki, HVAC, santexnika, zəif axın və digər mühəndislik işləri üzrə smetaların qiymətləndirilməsi; Hazırlanmış smeta sənədlərinin texniki və maliyyə baxımından qiymətləndirilməsi;  Smeta üzrə qiymətlərin bazar qiymətləri ilə müqayisə edilərək əsaslandırılmış qiymətləndirmənin aparılması;  Podratçılar tərəfindən təqdim olunan smeta və kommersiya təkliflərinin obyektiv və müqayisəli şəkildə qiymətləndirilməsi; Layihənin ilkin büdcəsinin və hazır smeta əsasında ehtimal olunan yekun dəyərinin müəyyənləşdirilməsi. Namizədə aid tələblər: Ali təhsil – İnşaat mühəndisliyi, Smeta mühəndisliyi, İnşaat iqtisadiyyatı, Mühəndislik iqtisadiyyatı və ya digər müvafiq mühəndislik ixtisası üzrə Müvafiq sahə üzrə minimum 7 il iş təcrübəsi; Smeta, büdcə hesablamaları, BOQ və iş həcmləri (Quantity Take-Off) üzrə bilik və praktiki təcrübə; İnşaat, elektrik, mexaniki, HVAC, santexnika və digər mühəndislik sistemləri üzrə praktiki bilik; MS Office, xüsusilə Excel, Google Sheets, Power BI və AutoCAD proqramlarında işləmə bacarığı. İş şəraiti: İş rejimi: 5 günlük; İş yeri: Bakı (işin tələbinə uyğun olaraq namizəd Azərbaycan Respublikasının müxtəlif rayonlarına ezam olunacaq). Hörmətli namizəd, xahiş edirik CV formanızı mövzu bölməsində “Smeta mühəndisi ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.