Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Korporativ müştərilər, tərəfdaşlar və xidmət təminatçıları ilə müqavilələrin hazırlanması və tərtib edilməsi. Şirkətin maraqlarına uyğun olaraq müxtəlif növ müqavilələrin hazırlanması və razılaşdırılması. Müqavilə şərtlərinin təhlili, hüquqi risklərin müəyyən edilməsi və onların minimuma endirilməsi ilə bağlı təkliflərin hazırlanması. Şirkətin fəaliyyəti üçün zəruri olan hüquqi sənədlərin, məktubların, sazişlərin, etibarnamələrin və digər sənədlərin hazırlanması. Rəhbərliyin və əməkdaşların cari hüquqi məsələlərlə bağlı məsləhətləndirilməsi. Namizədə tələblər: Ali hüquq təhsili. Hüquq sahəsində 3 ilədək iş təcrübəsi. Müqavilələrin hazırlanması, yoxlanılması və razılaşdırılması üzrə praktiki təcrübə. Mülki və korporativ hüquq sahəsində yaxşı bilik. Hüquqi təhlil və sənədlərlə işləmək bacarığı. Yaxşı kommunikasiya bacarıqları, işgüzar yazışmaların aparılması və danışıqların həyata keçirilməsi bacarığı. Azərbaycan və rus dillərini bilmək arzuolunandır. İş şəraiti: Beşgünlük iş həftəsi : 10:00–18:00. İş yeri: Bakı, Babək Plaza. Əmək haqqı: 1500 AZN net. Vakansiyaya müraciət etmək üçün CV-nizi “Korporativ hüquqşünas” vəzifəsinin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.