Yüklənir...
Location: Bakı
Əsas vəzifə öhdəlikləri Avropa mətbəxinə aid isti yeməklərin təsdiq edilmiş reseptlərə və texnoloji kartlara uyğun hazırlanmasını təmin etmək; Ət, quş əti, balıq, tərəvəz, qarnirlər, souslar və digər isti yemək komponentlərinin düzgün hazırlanmasını həyata keçirmək; Məhsulların ilkin emalını, porsiyalara bölünməsini və bişirilməyə hazırlanmasını müəyyən edilmiş standartlara uyğun icra etmək; Yeməklərin dadına, görünüşünə, temperaturuna, teksturasına və təqdimat keyfiyyətinə nəzarət etmək; Sifarişləri müəyyən edilmiş müddət ərzində, keyfiyyət standartlarını qorumaqla hazırlamaq; Yeməklərin hazırlanması zamanı reseptlərə, porsiya ölçülərinə və təqdimat qaydalarına riayət etmək; Mətbəxdə qida təhlükəsizliyi, sanitar-gigiyena və şəxsi gigiyena qaydalarına ciddi riayət etmək; İş prosesində istifadə olunan avadanlıq və inventarların düzgün istismarını təmin etmək; Baş aşpazın və ya birbaşa rəhbərin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək; Mətbəx komandası ilə koordinasiyalı işləmək və xidmət zamanı sifarişlərin fasiləsiz hazırlanmasına dəstək olmaq. Namizədə dair tələblər: İsti bölüm aşpazı vəzifəsi üzrə müvafiq iş təcrübəsi; Avropa mətbəxinin yeməkləri, hazırlanma üsulları və bişirmə texnikaları üzrə praktiki biliklər; Sürətli iş mühitində diqqətli, operativ və keyfiyyətli işləmək bacarığı; Məsuliyyətli, səliqəli, intizamlı və detallara diqqətcil olmaq; İş şəraiti İş yeri: Bakı şəhəri İş qrafiki: Növbəli Əmək haqqı: 800-1000 Azn + tips Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.