Location: Bakı
Təsvir Təşkilatın daxili qayda, prosedur və təlimatlarının işlənilməsi, təkmilləşdirilməsi və aktuallaşdırılması; Biznes proseslərinin təhlili, xəritələnməsi və optimallaşdırılması; Yeni məhsul və xidmətlər üzrə normativ-metodoloji bazanın formalaşdırılması; Aidiyyəti strukturlarla (Biznes, Risk, Hüquq, İT) sənədlərin razılaşdırılması və reyestrinin aparılması; Qanunvericilik və tənzimləyici qurumların tələblərinə uyğunluğun təmin edilməsi. Tələblər İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Hüquq və ya oxşar sahədə ali təhsil; Metodologiya, biznes proseslərinin optimallaşdırılması və ya daxili nəzarət sahəsində minimum 2 il təcrübə; Bank və ya BOKT sahəsində təcrübənin olması mütləqdir ; Daxili normativ sənədlərin tərtibi və peşəkar yazı bacarığı; Biznes proseslərinin modellasdırılması üzrə biliklər (MS Visio, ARIS və ya Bizagi); Yüksək analitik təfəkkür, detallara diqqət və komandada işləmək bacarığı. Vakansiya növü - Tam ştat İmtiyazlar Korporativ Mühit Yığım sığortasına qoşulma imkanı Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.