Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri Bağça bölməsinin gündəlik fəaliyyətini planlaşdırmaq, təşkil etmək və icrasına nəzarət etmək; Tabeliyində olan əməkdaşların iş bölgüsünü, davamiyyətini və əmək intizamını izləmək; Uşaqların qəbulu, qeydiyyatı, davamiyyəti və valideynlərə təhvil verilməsi proseslərinin düzgün təşkilini təmin etmək; Valideynlərin müraciətlərinin və şikayətlərinin operativ araşdırılmasını və həllini təşkil etmək; Müəssisədə xidmət keyfiyyətinə, sanitariya-gigiyena və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək; Təsərrüfat, texniki təminat, mətbəx və digər inzibati xidmətlərin fəaliyyətini əlaqələndirmək; Maddi-texniki ehtiyacları müəyyənləşdirmək və rəhbərliyə müvafiq təkliflər təqdim etmək; Daxili nəzarət tədbirlərində iştirak etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək; Fəaliyyət göstəricilərini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq; İş proseslərinin təkmilləşdirilməsi, resurslardan səmərəli istifadə və valideyn məmnuniyyətinin artırılması istiqamətində təşəbbüslər irəli sürmək. Tələblər Ali təhsil (təhsil, idarəetmə, biznesin idarə edilməsi və əlaqəli ixtisaslara üstünlük verilir); Təhsil müəssisəsi, xidmət sektoru və ya inzibati idarəetmə sahəsində ən azı 2 il iş təcrübəsi; Komanda idarəetməsi və iş proseslərinin təşkili bacarığı; Güclü təşkilatçılıq, analitik düşünmə və operativ qərarvermə qabiliyyəti; Valideynlərlə və əməkdaşlarla peşəkar ünsiyyət qurmaq bacarığı; MS Office proqramları ilə işləmək bacarığı; Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük; Problemləri vaxtında müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı; Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmə mühitinə həssas və etik yanaşma. Üstünlük hesab olunur Məktəbəqədər təhsil müəssisəsində rəhbər və ya inzibati vəzifədə iş təcrübəsi; Daxili nəzarət, hesabatlılıq və xidmət keyfiyyətinin idarə edilməsi sahəsində təcrübə; İnklüziv təhsil mühiti haqqında məlumatlılıq; Yeni yaradılan müəssisədə iş proseslərinin qurulması və təkmilləşdirilməsi təcrübəsi. İş şəraiti İş yeri: Bakı şəhəri Məşğulluq növü: Tam ştat Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək 5 günlük iş həftəsi, saat 09:00–18:00; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək münasibətləri; Müasir və peşəkar iş mühiti; Multidissiplinar komanda ilə işləmək imkanı; Müəssisənin idarəetmə proseslərinin formalaşdırılmasında iştirak; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Namizədin bilik və təcrübəsinə uyğun əməkhaqqı. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Bağça fəaliyyəti üzrə şöbə müdiri” qeyd etməklə göndərə bilərlər. Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.