Yüklənir...
Location: Bakı
Şirkətimiz ERP sistemlərinin idarə edilməsi və müştərilərə texniki dəstəyin göstərilməsi üçün ERP Administrator axtarır. Vəzifə öhdəlikləri LOGO ERP proqramlarının quraşdırılması, sazlanması və idarə edilməsi; LOGO məhsulları üzrə texniki problemlərin araşdırılması və həlli; Müştərilərə proqram təminatı ilə bağlı operativ dəstəyin göstərilməsi; SQL sorğularının və istifadəçi tələblərinə uyğun hesabatların hazırlanması; ServiceDesk sistemi üzərindən tapşırıqların və müraciətlərin idarə edilməsi; ERP sistemində məlumatların düzgünlüyünə və fasiləsiz işə nəzarət; İstifadəçilərin təlimatlandırılması və dəstəklənməsi; Görülən işlərin və daxil olan müraciətlərin sənədləşdirilməsi. Namizədə tələblər LOGO və onun məhsulları ilə iş təcrübəsi; SQL üzrə yaxşı səviyyədə bilik; Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı; ERP sistemlərinin iş prinsipləri haqqında bilik; Müştərilərlə düzgün ünsiyyət və problem həll etmə bacarığı; Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı; Bakı şəhərində yaşamaq; Kişi namizədlər üçün hərbi xidmətlə bağlı məhdudiyyətin olmaması. ServiceDesk üzərindən tapşırıqların idarə edilməsi təcrübəsinə və Linux əməliyyat sistemi üzrə biliklərə sahib namizədlərə üstünlük veriləcək. İş şəraiti İş yeri: Bakı şəhəri; İş qrafiki: həftədə 5 gün, saat 08:00-dan 17:00-dək; Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək; Peşəkar inkişaf və təlim imkanları; Mehriban və dinamik iş mühiti. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “ERP Administrator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.