Baş Maliyyə Mütəxəssisi / Maliyyə Direktoru - M-Trans

Location: Bakı

Vəzifə öhdəlikləri: Şirkətin maliyyə strategiyasının müəyyənləşdirilməsi və icrasına nəzarət edilməsi; Aylıq maliyyə hesabatının Baş Direktora və Müşahidə Şurasına təqdim edilməsi; İllik büdcənin təsdiq edilməsi; Daxili Audit (IFRS əsaslı) proseslərinin koordinasiya edilməsi; Xarici auditorlarla əməkdaşlığın koordinasiya edilməsi. Namizədə tələblər Yaş: 25 – 40; Maliyyə, mühasibat üzrə ali təhsil; Minimum 3 il maliyyə sahəsində iş təcrübəsi; Logistika, nəqliyyat və ya ticarət sektorunda təcrübə olması üstünlükdür; ACCA F3; ACCA F9; CFA Level 1 – arzuolunandır; FMVA – güclü üstünlükdür; Windows əməliyyat sistemləri və Microsoft Office proqramları üzrə yüksək səviyyə bilik; Güclü analitik düşüncə və ünsiyyət bacarığı; İngilis dili – pre-intermediate və yuxarı; 1C sistemi ilə iş təcrübəsi. İş rejimi və əmək haqqı: Əmək haqqı – razılaşma yolu ilə İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək) Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş Maliyyə Mütəxəssisi / Maliyyə Direktoru” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.