Location: Bakı
NewCond şirkəti HVAC sahəsində , xüsusilə də VRF kondisioner sistemlərinin korporativ satışını həyata keçirəcək peşəkar əməkdaş axtarır. Vəzifə öhdəlikləri: VRF və digər HVAC sistemlərinin korporativ müştərilərə təqdimatı və satışı; Yeni korporativ müştərilərin və layihələrin axtarılması; Tikinti şirkətləri, layihələndirmə təşkilatları, podratçılar və digər biznes müştəriləri ilə əlaqələrin qurulması; Layihələr üzrə texniki və kommersiya təkliflərinin hazırlanması; Müştərinin texniki tələblərinin müəyyənləşdirilməsi və uyğun HVAC həllərinin təklif olunması; Görüşlərin, təqdimatların və danışıqların aparılması; Mövcud müştəri portfelinin inkişaf etdirilməsi; Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə olunması; Bazarın və rəqib şirkətlərin araşdırılması. Namizədə tələblər: Yaş: 25–45 VRF, VRV, Multi Split və digər HVAC sistemləri üzrə 5 illik peşəkar texniki bilik ; HVAC sahəsində korporativ satış üzrə praktiki iş təcrübəsi ; VRF sistemlərinin iş prinsipi, seçim və tətbiqi barədə yaxşı anlayış; Layihə oxuma və texniki spesifikasiyaları anlama bacarığı; Korporativ müştərilərlə danışıqlar aparmaq və satış bağlamaq bacarığı; Aktiv müştəri bazası və HVAC sektorunda əlaqələrin olması üstünlükdür; Azərbaycan dili sərbəst, rus və/və ya ingilis dili bilmək üstünlükdür; MS Office proqramlarında işləmək bacarığı; Nəticəyönümlülük, məsuliyyətlilik və yüksək kommunikasiya qabiliyyəti. Şirkət tərəfindən: Əməkhaqqı 2000-2500; Satış nəticələrinə əsaslanan bonus sistemi; Korporativ müştərilər və böyük layihələrlə işləmək imkanı; Peşəkar inkişaf və karyera perspektivi; Müasir və peşəkar iş mühiti. İş yeri: Bakı İş qrafiki: Tam iş günü Əgər siz HVAC və xüsusilə VRF sistemləri üzrə peşəkar bilik və satış təcrübəsinə maliksinizsə, CV-nizi bizə göndərin. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Əlaqə: +994 50 678 88 88