CRM analitika üzrə Bölmə Rəhbəri - OBA marketlər şəbəkəsi

Location: Bakı

Təsvir Məlumatların təhlili: Müştəri davranışlarını, alış-veriş vərdişlərini və həyat dövrünü (Customer Lifecycle) analiz etmək, əsaslı nəticələr çıxarmaq. Seqmentasiya və hədəfləmə: Müştəri bazasını müxtəlif meyarlara görə seqmentlərə ayırmaq və marketinq komandasına hədəfli kampaniyalar üçün tövsiyələr vermək. Kampaniya qiymətləndirilməsi: E-poçt, SMS, push-bildiriş və digər birbaşa marketinq kampaniyalarının effektivliyini (ROI, Conversion Rate, Retention/Churn) ölçmək və hesabatlar hazırlamaq. Hesabatlılıq və idarəetmə panelləri (Dashboards): CRM üzrə əsas performans göstəricilərini (KPI) izləmək, rəhbərlik və maraqlı tərəflər üçün dövri hesabatları yaratmaq. Məlumatların təmizliyi: CRM sistemindəki məlumatların düzgünlüyünü, bütövlüyünü və vaxtında yenilənməsini təmin etmək. Hesabatlarının yaradılması: Kampaniyaların hesabatlarının yaradılması. İş qrafiki:  5 günlük , 09:00-18:00 Tələblər Təhsil: Ali (Riyaziyyat, Statistika, İqtisadiyyat, Analitika, Kompüter Elmləri və ya əlaqədar sahələr üzrə) İş təcrübəsi: Marketinq analitikası, məlumatların təhlili və ya CRM sahəsində rəhbər vəzifədə minimum 3 il təcrübə.(Pərakəndə satış (Retail) və ya FMCG sektorunda iş təcrübəsinə üstünlük verilir.) Texniki bacarıqlar: Excel (qabaqcıl səviyyədə - düsturlar, pivot cədvəllər). Power BI, və ya digər vizualizasiya alətləri ilə işləmə bacarığı. Sistem bilikləri: Hər hansı CRM platforması (məsələn, Salesforce, Microsoft Dynamics, Hubspot və ya daxili CRM sistemləri) ilə tanışlıq. Analitik düşüncə: Böyük həcmdə məlumatı strukturlaşdırmaq və biznes qərarları üçün təkliflərə çevirmək bacarığı. Effektiv kommunikasiya bacarığı, qərarvermə və problem həll etmə bacarığı, planlaşdırma və prioritetlərin müəyyən edilməsi bacarığı Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Nəqliyyat xidməti Karyera yüksəlişi Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.