Yüklənir...
Location: Bakı
Namizədə olan tələblər: Ali təhsil; Digital marketinq sahəsində minimum 1 il iş təcrübəsi; Google Ads və Meta Ads reklam kampaniyalarının idarə olunması və Google Analytics 4 və reklam nəticələrinin təhlili bacarığı; Lead generation və sosial media idarəçiliyi üzrə biliklər; SEO və rəqəmsal marketinq alətləri haqqında baza bilikləri; Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək; Regionlara ezamiyyətə hazır olmaq. Vəzifə öhdəlikləri: Şirkətin digital marketinq strategiyasını hazırlamaq və rəhbərliklə razılaşdırılmış illik və aylıq planlar əsasında həyata keçirmək; Google Ads (Search, Display, YouTube) və Meta Ads (Facebook, Instagram) platformalarında reklam kampaniyalarını qurmaq, idarə etmək və optimallaşdırmaq; Traktor, kombayn, aqreqat və digər texnikalar üzrə məhsul əsaslı və mövsümi (əkin, biçin) kampaniyalar planlaşdırmaq; Lizinq, subsidiya və xüsusi təkliflər üzrə lead toplama kampaniyaları təşkil etmək; Reklamlardan daxil olan müraciətlərin CRM sisteminə (Bitrix24) düzgün ötürülməsini təmin etmək və satış komandası ilə lead keyfiyyətini izləmək; Reklam büdcəsini planlaşdırmaq, xərcləri nəzarətdə saxlamaq və büdcəni ən effektiv kanallar arasında bölüşdürmək; Google Analytics 4, Google Tag Manager və Meta Pixel vasitəsilə sayt trafikini, istifadəçi davranışını və konversiyaları izləmək; Kampaniyaların nəticələri (CTR, CPC, CPL, ROAS, konversiya) üzrə həftəlik və aylıq hesabatlar hazırlamaq; Saytın SEO göstəricilərini izləmək, axtarış sistemlərində mövqelərin yaxşılaşdırılması üçün təkliflər vermək; Sosial media hesablarının strategiyasını müəyyən etmək və kontent planının icrasına nəzarət etmək; Kopirayter, dizayner və videoqrafla birlikdə reklam vizuallarının və mətnlərinin hazırlanmasını koordinasiya etmək; A/B testləri aparmaq (reklam mətnləri, vizuallar, landing page-lər) və nəticələrə əsasən kampaniyaları təkmilləşdirmək; E-poçt, SMS və WhatsApp vasitəsilə müştərilərə yönəlik kampaniyalar təşkil etmək; Sərgi, festival və regional tədbirlərin digital təbliğatını həyata keçirmək; Rəqib şirkətlərin digital fəaliyyətini və bazar tendensiyalarını müntəzəm təhlil etmək; Yeni digital alətləri və imkanları araşdırmaq, şirkətdə tətbiqinə dair təkliflər vermək İş şərtlərimiz: Əmək haqqı: müsahibə əsasında; İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2647&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.