QA üzrə mütəxəssis - Push30

Location: Bakı

Push30 mikroservis arxitekturası əsasında qurulmuş, PHP texnologiyası üzərində işləyən API əsaslı platformadır. Məhsula Flutter əsaslı mobil tətbiq və admin panel daxildir. Platformada payment, subscription, login/signup və digər kritik funksionallıqlar mövcuddur. Push30 Azərbaycan, Özbəkistan və Qazaxıstan bazarlarında fəaliyyət göstərir. Əsas vəzifə öhdəlikləri API-lər üçün test case və test ssenarilərinin hazırlanması və icrası; Funksional, regression, API və UAT testlərinin planlaşdırılması və aparılması; Mobil tətbiqin əsas funksionallıqlarının, o cümlədən payment, subscription və login/signup proseslərinin test edilməsi; Admin panel funksionallıqlarının test edilməsi; Biznes tələblərinin analiz edilərək test ssenarilərinə çevrilməsi; Bug-ların aşkarlanması, prioritetləşdirilməsi, sənədləşdirilməsi və izlənilməsi; Test planları və QA sənədlərinin hazırlanması; UAT ssenarilərinin hazırlanması və UAT prosesinin koordinasiyası; Release öncəsi keyfiyyət yoxlamalarının aparılması və “go/no-go” qərarına dəstək; Test nəticələri və əsas keyfiyyət göstəriciləri üzrə hesabatların hazırlanması; Development, Product və digər komandalarla sıx əməkdaşlıq; Sprint Planning, Daily Stand-up və Retrospective görüşlərində iştirak; AZ, UZ və KZ bazarları üzrə lokalizasiya və regional xüsusiyyətlərin test edilməsi. Əsas tələblər QA / Software Testing sahəsində minimum 2–3 il iş təcrübəsi; API testing üzrə praktiki təcrübə (Postman, Swagger və s.); Mikroservis arxitekturasının test edilməsi üzrə təcrübə; SQL biliyi; Test case, test ssenarisi və QA sənədlərinin hazırlanması bacarığı; UAT prosesləri üzrə təcrübə; iOS və Android mobil tətbiqlərinin test edilməsi təcrübəsi; Bug report və test report hazırlamaq bacarığı; Analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı; Cross-functional komandalarla effektiv əməkdaşlıq; Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət. Arzuolunan bacarıqlar Payment və subscription sistemlərinin test edilməsi üzrə təcrübə; Flutter əsaslı tətbiqlərin test edilməsi üzrə təcrübə; Performance / load testing üzrə bilik; CI/CD prosesləri barədə anlayış; Fintech və ya maliyyə məhsullarında QA təcrübəsi; Rus dili biliyi. Maraqlanan namizədlər öz CV-lərini   Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.