Location: Bakı
AFG Retail komandamıza Satıcı-konsultant vəzifəsi üzrə yeni əməkdaşlar axtarırıq. Mağazalar Kiko Milano, Sunglass Hut, ALDO, Charles & Keith, Parfois İş qrafiki Full-time 5 günlük iş həftəsi Həftədə 2 istirahət günü Namizədə tələblər Azərbaycan dili biliyi; Rus dili biliyi mütləqdir ; İngilis dili biliyi üstünlükdür ; Satış sahəsində iş təcrübəsi mütləqdir ; Yüksək kommunikasiya və müştəriyönümlü xidmət bacarığı; Aktiv, gülərüz və ünsiyyətcil olmaq; Stresə davamlı və çevik olmaq; Komandada işləmək bacarığı; Xarici görünüşə və iş intizamına diqqətli yanaşmaq. Vəzifə öhdəlikləri Mağazaya daxil olan müştəriləri gülərüz və peşəkar şəkildə qarşılamaq; Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsullar təklif etmək; Məhsullar haqqında ətraflı məlumat vermək və peşəkar məsləhətlər göstərmək; Müştərilərə məhsul seçimi zamanı alternativ variantlar təqdim etmək; Yüksək səviyyəli müştəri xidməti göstərmək; Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək; Satış hədəflərinin yerinə yetirilməsinə töhfə vermək; Mağazada məhsulların düzgün və səliqəli şəkildə təqdim olunmasını təmin etmək; Görülən işlər və satış nəticələri üzrə gündəlik hesabatlar hazırlamaq; Şirkətin daxili qaydalarına və xidmət standartlarına riayət etmək. Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mailin mövzu hissəsində “Satıcı-konsultant – “müraciət etmək istədiyiniz mağazanın adı” qeyd olunmalıdır.