Biznesin İnkişafı üzrə Menecer - StudyLab

Location: Bakı

StudyLab yeni təhsil istiqamətlərinin inkişafı, beynəlxalq layihələrin həyata keçirilməsi və strateji tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün təşəbbüskar, yaradıcı və nəticəyönümlü mütəxəssis axtarır.  Əsas vəzifə öhdəlikləri Xarici universitetlər, beynəlxalq məktəblər və təhsil təşkilatları ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi. Yeni biznes imkanlarının araşdırılması, təhsil xidmətlərinin və məhsullarının hazırlanması, yeni fəaliyyət istiqamətlərinin yaradılması. Yeni müştəri seqmentlərini, xidmət istiqamətlərini və gəlir imkanlarını müəyyənləşdirmək. IELTS, TOEFL, SAT, CSCA və digər beynəlxalq imtahanlara hazırlıq xidmətləri üzrə yeni müştəri və tərəfdaş kanalları yaratmaq. Əməkdaşlıq təkliflərini, tərəfdaşlıq modellərini və biznes şərtlərini hazırlamaq. Beynəlxalq imtahanlara və olimpiadalara hazırlıq, məktəblilərin inkişaf proqramları və mövsümi xarici təhsil səfərləri daxil olmaqla, yeni təhsil məhsullarının müstəqil şəkildə hazırlanması və həyata keçirilməsi. Xaricdə yay və qış məktəblərinin, akademik səfərlərin, beynəlxalq düşərgələrin və qısamüddətli təhsil proqramlarının təşkili. Beynəlxalq olimpiadaların, akademik yarışların və müsabiqələrin təşkilatçıları ilə əməkdaşlıq əlaqələrinin qurulması. İnformasiya texnologiyaları məktəbləri, elm və texnologiya mərkəzləri və gənclər təşkilatları ilə birgə layihələrin hazırlanması. 9–10-cu siniflərdən başlayaraq şagirdlərin akademik və dərsdənkənar fəaliyyətlərinin inkişafına yönəlmiş proqramların hazırlanması: könüllülük, liderlik, tədqiqat, sosial və texnoloji layihələr. Namizədə tələblər Biznesin inkişafı, strateji tərəfdaşlıqlar və ya layihələrin idarə edilməsi sahəsində iş təcrübəsi. Yeni layihələrin hazırlanması və həyata keçirilməsi bacarığı. Güclü danışıqlar aparmaq, təqdimat etmək və işgüzar əlaqələr qurmaq bacarığı. Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək. İngilis dili (C1 səviyyə). Strateji və yaradıcı düşüncə, təşəbbüskarlıq və müstəqil işləmək bacarığı. Təhsil və beynəlxalq layihələr sahəsində təcrübə üstünlük hesab olunur. Vəzifənin əsas məqsədi StudyLab üçün yeni inkişaf imkanları yaratmaq, kommersiya baxımından perspektivli təhsil layihələrini həyata keçirmək və strateji tərəfdaşlıq şəbəkəsini genişləndirmək.  Maraqlanan namizədlər mövzu yerində “Biznesin İnkişafı üzrə Menecer” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Bazar ertəsi – Cümə 10:00 -19:00  / Şənbə 10:00  - 16:00 Ödəniş: əmək haqqı: 800-1200 “StudyLab” Mərkəz Ofis / Ünvan: Ataturk Prospekti  39A Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar!