Monitorinq üzrə kiçik mütəxəssis - Superfon

Location: Bakı

Namizədə dair tələblər:   İqtisadiyyat və ya maliyyə ixtisasları üzrə ali təhsil; Analitik düşünmə, məlumatları təhlil etmə və riyazi hesablamalar aparmaq bacarığı; MS Office proqramları, xüsusilə MS Excel üzrə biliklər; Dəqiqlik, diqqətlilik və yüksək məsuliyyət hissi; Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı; Şəxsi avtomobilin olması mütləqdir; Ezamiyyətlərə və filiallara mütəmadi səfərlərə hazır olmaq. Vəzifələr: Filialların borc portfelini təhlil etmək, riskləri və şübhəli halları müəyyənləşdirmək; Filiallara yerində monitorinq səfərləri həyata keçirmək; Monitorinq nəticələri əsasında ətraflı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Zərurət yarandıqda mövcud müştərilərin növbədənkənar yoxlanışını həyata keçirmək; Aşkarlanmış uyğunsuzluqlar və risklər barədə rəhbərliyə məlumat vermək. Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün icra etmək. Şirkət tərəfindən: Peşəkar inkişaf və öyrənmə imkanı; Karyera yüksəlişi; Peşəkar və dinamik iş mühiti; Əmək müqaviləsi; İş şəraiti İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan İş rejimi: Tam iş günü Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .