Yüklənir...
Location: Bakı
The Limitless Group Xaricdə Təhsil Mütəxəssisi Axtarır! The Limitless Group – 14 illik təcrübəyə malik, yüzlərlə tələbəni dünyanın top universitetlərinə qəbul etdirən Azərbaycanın aparıcı xaricdə təhsil şirkətlərindən biri – komandasını genişləndirir! Axtardığımız namizəd: Xaricdə Təhsil Mütəxəssisi Tələblər: Minimum 2 il xaricdə təhsil və ya viza dəstəyi sahəsində təcrübə Avropa, ABŞ və ya Kanada vizası üzrə ən azı bir proseduru yaxşı səviyyədə bilməsi İngilis dili və rus dilləri – minimum B2 səviyyəsində Tələbələrlə ünsiyyət bacarığı, məsuliyyətli və detallara diqqətli olması Sənəd prosesləri, qəbul qaydaları, universitet seçimi və müraciət etapları haqqında məlumatlı olması Operativlik və komanda ilə işləmək bacarığı Öhdəliklər: Müraciət sənədlərinin hazırlanması (essays, CV, reference letters və s.) Vizaya hazırlıq prosesində tələbələrə dəstək göstərmək Universitetlərlə yazışmalar və rəsmi kommunikasiya Tələbə portfoliolarının izlənməsi və vaxtında icrası Üstünlüklər: ABŞ, Kanada və ya Avropa ölkələri üzrə bir neçə vizanı bilmək Təqaüd proqramları barədə məlumatlı olmaq SAT, IELTS, TOEFL haqqında baza anlayışları Xaricdə oxumuş və ya yaşamış olmaq Təklif edirik: Stabil iş mühiti və peşəkar komanda Rəsmi əmək müqaviləsi Kariyera yüksəlişi imkanı Mərkəzi ofis: Demirchi Tower, 21-ci mərtəbə Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Əlavə məlumat üçün: (+994) 50 / 51 / 99 704 41 71