Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri Tələb edildikdə müvafiq ixtisas şəhadətnaməsinin əldə edilməsi üçün qanunvericiliyə uyğun akkreditasiyadan keçmək; Müvafiq ixtisas şəhadətnaməsi olduğu təqdirdə təyin edilmiş səlahiyyətlər çərçivəsində müştərilərin sifarişlərini qəbul etmək; Müştərilərin məlumatlandırılmasının təmin edilməsi; Müştərinin aktivləri və həyata keçirdiyi investisiya xidmətləri (əməliyyatları) barədə hesabatlar hazırlamaq; Müvafiq hesabatların və təklifləri rəhbərliyə təqdim etmək; Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılmaq, problemlərin araşdırılmasında iştirak etmək; Müştərilərə xidmətin keyfiyyətinin yaxşılaşması istiqamətində təkliflər hazırlamaq və bu təklifləri rəhbərə baxılması üçün təqdim etmək; Müştərilər haqda analitik informasiyalar hazırlamaq; Cəmiyyətin iş prinsiplərinə əməl etmək, işə davamiyyətə və əmək intizamına riayət etmək; Yeni növ məhsulların/xidmətlərin yaradılması və tətbiqi prosesində iştirak etmək; Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək; Səlahiyyətləri çərçivəsində müştəri sorğularını cavablandırılmasında iştirak etmək; Müxtəlif işçi qrupların tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək; Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək. Vəzifəyə dair tələblər Ali iqtisadi təhsil; Sahə üzrə 1 il iş təcrübəsi; İcra etdiyi vəzifə öhdəliyi ilə bağlı zəruri requlyativ sertifikata/şəhadətnaməyə malik olmaq; Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək; İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək; Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi; Korporativ davranış normalarını bilmək; Şirkətdaxili prosedurları, habelə Nəzarət orqanının rəhbər göstərişlərini bilmək; Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), İnternetdə işləmə bacarığı); Azərbaycan dili üzrə sərbəst bilik; İngilis dili üzrə orta səviyyədə, Rus dili üzrə baza bilikləri; Kollektivlə ünsiyyət qurmaq bacarığı; Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .