Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Xidmət keyfiyyəti və qonaq mənuniyyətinin yüksək səviyyədə saxlanılması; Növbənin düzgün idarə olunması; Personal və digər şöbələrlə kommunikasiya və iş bölgüsünün aparılması; Qida təhlükəsizliyi və HACCP tələblərinə riayət olunmasını təşkil etmək; Bufet və barın fasiləsiz fəaliyyətinin təmin edilməsi; Məhsul və inventarın düzgün uçotunun aparılması; Təmizlik və sanitariya standartlarına əməl olunması; POS və satış əməliyyatlarının düzgünlüyünə nəzarət yetirilməsi; Avadanlığın düzgün istifadəsi və təhlükəsizliyinə nəzarət olunması; Şirkətin daxili qaydaları, SOP-lara və əmək təhlükəsizliyi tələblərinə tam riayət edilməsi. Vəzifə tələbləri: Orta ixtisas və ya ali təhsil; İaşə sahəsində (Horeca/Lounge/Restoran/Xidmət) administrator və ya oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi; Rus dili – C1 (əla), İngilis dili – A2; MS Office proqramları (Word, Excel), 1C proqramı; Qida təhlükəsizliyi qaydaları və restoran idarəetməsi haqqında biliklər; Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmaq; Təşkilatçılıq və komandanı idarəetmə bacarığı. Əmək şəraiti: Əmək haqqı: 1250 AZN (gross); İş rejimi: 2 növbəli (08:00-20:00; 20:00-08:00); İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı; Nəqliyyatla təmin edilir. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.