Location: Bakı
Tələblər: Ali təhsil; Oxşar sahədə iş təcrübəsi üstünlükdür; MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı; Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları; Sənədlərlə dəqiq işləmək və hesabat hazırlamaq qabiliyyəti; Ünsiyyət və danışıqlar aparmaq bacarığı; Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı. Vəzifə funksiyaları: İcarə müqavilələrinin razılaşdırılması və müəyyən edilmiş müddətdə imzalanması prosesini koordinasiya etmək; Apteklərin təmir işlərinin təsdiq edilmiş qrafikə uyğun icrasını izləmək və mümkün gecikmələr barədə vaxtında məlumat vermək; Avadanlıqlara olan tələbatın müəyyənləşdirilməsi, tələbnamələrin hazırlanması, çatdırılma və quraşdırılma prosesinə nəzarət etmək; Aptekin açılışı üçün ilkin mal qalığının müəyyənləşdirilməsi, tələbnamələrin hazırlanması və malların vaxtında təmin edilməsini koordinasiya etmək; Sahibkarlarla yekun hesablaşmalar üçün zəruri sənəd və məlumatların tam və düzgün təqdim edilməsini təmin etmək; Müvafiq tələbnamələrin düzgün, tam və müəyyən olunmuş müddətdə hazırlanmasına nəzarət etmək; Aptekin açılış tarixinədək işçi heyəti ilə təminat prosesini koordinasiya etmək; Obyektlər üzrə icra planını yeniləmək, riskləri və gecikmələri vaxtında müəyyənləşdirmək, rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək. İş şəraiti: İş qrafiki: 5 günlük iş həftəsi İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93); Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin edilir; Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə “subject” (mövzu) hissəsində Yeni apteklərin təşkili üzrə kiçik mütəxəssis qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.