Yüklənir...
Location: Bakı şəhəri
Salary: 2500
İş şəraiti: İş yeri: Bakı şəhəri, Səbail rayon, Vəli Məmmədov, ev 3 İş rejimi: Tam ştat Əməkhaqqı: Minimum 2500 AZN Ümumi tələblər: Logistika sahəsində minimum 3 il rəhbər və ya aparıcı vəzifədə iş təcrübəsi Beynəlxalq və daxili daşımalar (avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı) üzrə geniş biliklər İdxal–ixrac əməliyyatları, Incoterms 2020 qaydaları üzrə praktiki biliklər Gömrük rəsmiləşdirilməsi prosesləri və normativ-hüquqi aktlar üzrə biliklər Nəqliyyat sənədləri (CMR, TIR Karneti, Bill of Lading, Invoice, Packing List, Certificate of Origin və s.) ilə işləmə bacarığı Daşıyıcı, ekspeditor, broker və sığorta şirkətləri ilə əməkdaşlıq təcrübəsi İngilis, rus və Azərbaycan dillərini yazılı və şifahi şəkildə sərbəst bilməli Analitik düşünmə, planlama və risklərin idarə olunması bacarığı Komandanın formalaşdırılması və effektiv idarə edilməsi bacarığı MS Office (xüsusilə Excel) və logistika proqramları ilə işləmə bacarığı Yüksək məsuliyyət, stressə davamlılıq və operativ qərarvermə qabiliyyəti Vəzifə öhdəlikləri: Şirkətin bütün logistika fəaliyyətinin strateji planlaşdırılması və idarə olunması İdxal və ixrac daşımalarının vaxtında, təhlükəsiz və qənaətli şəkildə təşkil edilməsi Daşıma marşrutlarının və nəqliyyat növlərinin optimallaşdırılması Nəqliyyat xərclərinin azaldılması və büdcəyə nəzarət Gömrük rəsmiləşdirilməsi proseslərinin koordinasiyası və nəzarəti Təchizatçılar, daşıyıcılar və tərəfdaşlarla müqavilələrin bağlanması və icrasına nəzarət Logistika komandası üçün iş bölgüsünün aparılması və iş nəticələrinin qiymətləndirilməsi Aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi Fövqəladə halların və gecikmələrin operativ həlli Logistika proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması Qeyd: Tələblərə cavab verməyən şəxslər müraciət etməsin! Müraciət qaydası: Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Logistika üzrə rəhbər” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciət maili secretary@azlub.com