Yüklənir...
Location: Sumqayıt
İş şəraiti: Ünvan: Sumqayıt şəhəri Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək İş qrafiki: 5 günlük iş həftəsi Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Stabil iş mühiti və peşəkar inkişaf imkanı; Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı Vəzifə öhdəlikləri: Gələn elektron qaimələrin yoxlanılması və təsdiqlənməsi; Anbara mədaxillərin yoxlanılması; Ölkədaxili və ölkəxarici bank əməliyyatları üzrə ödənişlərin həyata keçirilməsi; Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların aparılması (əsas vəsaitlər, əmtəə-maddi qiymətlilər, istehsal xərcləri, məhsul satışı, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri, sifarişçi və tədarükçülərlə hesablaşmalar və s.); Pul vəsaitlərinin və əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda düzgün əks etdirilməsi; Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, əməkhaqqı üzrə maliyyə vəsaitlərinin, vergi və digər ödənişlərin vaxtında icrası; İstehlak fonduna və digər təyinatlı vəsaitlərin köçürülməsinin həyata keçirilməsi; Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və öhdəliklərin inventarizasiyasında iştirak; Hesabatların hazırlanması üçün müvafiq uçot məlumatlarının toplanması və işlənməsi; Mühasibat sənədlərinin düzgün saxlanılmasına nəzarət və müəyyən olunmuş qaydada arxivləşdirilməsi; Yük gömrük bəyannamələri ilə işləmək. Tələblər: Ali təhsil (Maliyyə, Mühasibat və ya İqtisadiyyat ixtisası üzrə); Mühasibat sahəsində praktiki iş təcrübəsi; Gündəlik mühasibat əməliyyatları üzrə biliklər; Logo proqram təminatı ilə işləmək bacarığı; Microsoft Excel proqramından sərbəst istifadə bacarığı; Analitik düşünmə və hesablama bacarığı; Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı; Namizədin şəxsi keyfiyyətləri: Dəyişən prioritetlərə və iş şəraitinə uyğunlaşma bacarığı. Ciddi iş prinsipiallığı və hesabatlığın verilməsi; İşin planlaşdırılması bacarığı; Fəal olması və komandada işləmək bacarığı. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. e-mail: hr@aspm.almettrading.com