Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Layihə və ya müəssisə üzrə material və avadanlıq tələbatının müəyyənləşdirilməsində iştirak etmək; Təchizat planının hazırlanmasına və icrasına nəzarət etmək; Təchizatçıların araşdırılması, seçilməsi və qiymətləndirilməsini həyata keçirmək; Qiymət sorğularını (RFQ) hazırlamaq, toplamaq və müqayisəli təhlilini aparmaq; Satınalma sifarişlərinin (PO) hazırlanmasını, təsdiqini və icrasını təşkil etmək; Təchizat müqavilələrinin və satınalma şərtlərinin razılaşdırılması prosesində iştirak etmək; Təchizat prosesinin təsdiq edilmiş iş qrafikinə uyğun icrasını izləmək; Material və avadanlıqların çatdırılma vəziyyətinə nəzarət etmək, gecikmələrin qarşısının alınması üçün müvafiq tədbirlər görmək; Anbar, logistika və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək; Təchizat sənədlərinin (Invoice, Packing List, MTC və s.) düzgünlüyünü və tamlığını yoxlamaq; Təchizatçıların fəaliyyətini qiymətləndirmək və onların performans göstəricilərini izləmək; Satınalma prosesinin təsdiq edilmiş büdcəyə uyğun həyata keçirilməsinə nəzarət etmək; Alınan məhsul və avadanlıqların keyfiyyət və texniki tələblərə uyğunluğunun təmin edilməsində iştirak etmək; Sifarişçi və layihə komandası ilə effektiv koordinasiya aparmaq; Satınalma fəaliyyəti üzrə aylıq və dövri hesabatlar hazırlamaq. Tələblər: Ali təhsil; Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi; Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı; 1C proqramı ilə işləmək bacarığı; Azərbaycan dilini sərbəst, ingilis dilini minimum B1 səviyyəsində bilmək; Satınalma və təchizat prosesləri üzrə normativ sənədlər və prosedurlar haqqında bilik; Məsuliyyətli, dəqiq, təşəbbüskar və komanda ilə işləmək bacarığı; Dinamik iş mühitində operativ qərarvermə və yüksək kommunikasiya bacarığı; Güclü analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı. İş şəraiti: İş qrafiki: Həftədə 5 iş günü, 2 gün istirahət; İş yeri: Bakı şəhəri; Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək. Müvafiq tələblərə cavab verən namizədlər şəkilli CV-lərini mövzu hissəsində "Satınalma üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.