Gözətçi - AMOTRADE MMC

Location: Bakı

Salary: 500

Vəzifə öhdəlikləri: Texniki təhlükəsizlik qaydalarına, əməyin təhlükəsizıiyi normalarına riayət etməklə qoruduğu obyektin kənar müdaxilələrdən mühafizə edir. Rəhbərliyin nümayəndəsi və ya növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, damğanın, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin edir. Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa - sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında - özünün tabe olduğu şəxsə, rəhbərliyin nümayəndəsinə və polis şöbəsinin növbətçisinə xəbər verir və polis nümayəndəsi gələnə qədər izin qorunmasını təmin edir. Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işlərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə, təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət və qeydiyyat. Kənar şəxslərin, maşınların şirkətə daxil olduğu-çıxıdğı zaman qeydiyyat kitabçalarında qeydiyyatının aparılması və nə məqsədlə gəlmələri qeyd olunmalıdır. Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması. Yük maşınlarının lazımi səviyyədə yerləşdirilməsi, gərginliyə qoşulması üçün tədbirlərin görülməsi və sürücülərin istək və təkliflərini rəhbərliyə bildirmək. Tələb olunur: Gözətçi ixtisası üzrə minimum 1 il iş təcrübəsi olmalı Səlis istifadəçi səviyyəsində kompüterdə işləmə bacarığı Azərbaycan dilini əla bilməli Məntiqi düşüncə tərzi Qramatik cəhətdən düzgün və səlist nitq Yeni məlumatları tez qavrama bacarığı və yaxşı yaddaş Stres altında işləmə bacarığı Komandada işləmə bacarığı İş şəraiti: Növbəli iş qrafiki - 1 gün səhər, 1 gün gecə, 2 gün ev Azərbaycan Respublikasının ƏM üzrə rəsmi qeydiyyat Yemək şirkət tərəfindən təmin edilir Əmək haqqı: 500 manat. CV-ləri yalnız e-mailə göndərilməsi tələb olunur Ünvan: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, Tosoil Y/D məntəqəsinin yanı Maraqlanan namizədlər mövzu hissəsində “Gözətçi” qeyd edərək CV formasını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilər. Müraciət maili hr.amotrade@amogroup.az