Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri Anbara daxil olan meyvələrin qəbul zamanı keyfiyyət göstəricilərini, xarici görünüşünü, yetişmə səviyyəsini, zədələnmə və çürümə əlamətlərini yoxlamaq. Qəbul edilən məhsulların temperaturunu, saxlanma vəziyyətini və müvafiq tələblərə uyğunluğunu yoxlamaq. Meyvələrin növünə və texnoloji xüsusiyyətlərinə uyğun temperatur və nisbi rütubət rejiminə nəzarət etmək. Soyuducu kameraların temperatur və rütubət göstəricilərini mütəmadi yoxlamaq, nəticələri müvafiq jurnal və ya elektron sistemdə qeyd etmək. Temperatur, rütubət və digər saxlanma göstəricilərində normadan kənarlaşma olduqda dərhal rəhbərliyə məlumat vermək və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsini təşkil etmək. Meyvələrin soyuducu kameralarda düzgün yerləşdirilməsinə, hava dövranının təmin edilməsinə və məhsulların texnoloji tələblərə uyğun saxlanmasına nəzarət etmək. Saxlanılan məhsulların vəziyyətini mütəmadi yoxlamaq, çürümə, kiflənmə, xəstəlik, mexaniki zədələnmə və digər keyfiyyət problemlərini vaxtında müəyyən etmək və bu problemlər barədə məlumatı satış və satınalmalar üzrə struktur bölmələri ilə bölüşmək. Keyfiyyətində problem yaranmış və ya yararsız məhsulların sağlam məhsullardan ayrılmasını təmin etmək və bu barədə rəhbərliyə məlumat vermək. Məhsul itkilərinin minimuma endirilməsi üçün itkilərin səbəblərini araşdırmaq və onların qarşısının alınması üzrə təkliflər hazırlamaq. Məhsulların anbar daxilində düzgün dövriyyəsinə, FIFO və FEFO prinsiplərinə uyğun yerləşdirilməsinə və çıxarılmasına nəzarət etmək. Saxlanma müddəti bitmək üzrə olan məhsulları vaxtında müəyyən etmək və onların prioritet qaydada dövriyyəyə buraxılması barədə aidiyyəti şəxslərə məlumat vermək. Məhsulların partiya, qəbul tarixi, saxlanma müddəti və digər zəruri məlumatlar üzrə izlənilməsini təmin etmək. Anbarın sanitariya, gigiyena və qida təhlükəsizliyi tələblərinə uyğun vəziyyətdə saxlanmasına nəzarət etmək. Soyuducu kameraların təmizlik, dezinfeksiya, havalandırma və ümumi sanitariya vəziyyətində yaranan uyğunsuzluqları müəyyən etmək və rəhbərliyə məlumat vermək. Məhsulların yüklənməsi, boşaldılması və kameralar arasında hərəkəti zamanı onların zədələnməsinin və keyfiyyətinin pisləşməsinin qarşısını almaq. Anbardar və digər aidiyyəti əməkdaşlarla birlikdə məhsulların düzgün saxlanması və dövriyyəsinin təşkilini təmin etmək. Məhsul itkisi, keyfiyyət göstəriciləri, temperatur-rütubət rejimi və digər texnoloji göstəricilər üzrə gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq. Aşkar edilmiş uyğunsuzluqlar, məhsul itkiləri və texnoloji risklər barədə rəhbərliyə vaxtında məlumat vermək və onların aradan qaldırılması ilə bağlı təkliflər təqdim etmək. Müəssisənin daxili qaydalarına, əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik, sanitariya və qida təhlükəsizliyi tələblərinə riayət etmək. Vəzifəsi ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Tələblər Təhsil: Ali təhsil (arzuolunandır); Qida mühəndisliyi, qida texnologiyası, aqrar sahə, biologiya, kimya və ya əlaqəli ixtisaslar üzrə təhsil üstünlükdür. İş təcrübəsi: Qida, meyvə-tərəvəz, soyuducu anbar və ya müvafiq sahələrdə ən azı 1-2 il iş təcrübəsi; Meyvə və tərəvəzlərin saxlanması texnologiyası üzrə praktiki təcrübə üstünlükdür. Peşəkar biliklər: Meyvə və tərəvəzlərin saxlanma və soyudulma texnologiyası; Temperatur və nisbi rütubət rejimləri; Məhsulların saxlanma müddətləri və keyfiyyət göstəriciləri; FIFO və FEFO prinsipləri; Qida təhlükəsizliyi, sanitariya və gigiyena tələbləri; Məhsul itkilərinin səbəbləri və qarşısının alınması üsulları; Soyuducu kameraların iş prinsipi və əsas texnoloji proseslər; Anbar prosesləri və məhsulların partiya üzrə izlənilməsi; Sənədləşmə və hesabatların hazırlanması. Bacarıqlar: Analitik düşüncə və problem həll etmə bacarığı; Məhsul keyfiyyətində dəyişiklikləri vaxtında müəyyən etmək bacarığı; Operativ qərarvermə; Diqqətlilik və yüksək məsuliyyət; Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq; MS Office (xüsusilə Excel), ERP sistemləri və 1C proqramı üzrə sərbəst işləmək bacarığı; Hesabat və texnoloji məlumatların düzgün qeydiyyatını aparmaq bacarığı. İş şəraiti: Saat 09:00-17:00 6 günlük iş qrafiki Yemək şirkət tərəfindən təmin edilir Əmək haqqı razılaşma əsasında Azərbaycan Respublikasının ƏM üzrə rəsmi qeydiyyat CV-ləri yalnız e-mailə göndərilməsi tələb olunur Ünvan: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, Tosoil Y/D məntəqəsinin yanı Maraqlanan namizədlər mövzu hissəsində “ Texnoloq ” qeyd edərək CV formasını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilər.