Yüklənir...
Location: Bakı
Compressor.az komandası sizi əməkdaşlığa dəvət edir! Compressor.az Azərbaycanda sənaye müəssisələri üçün sıxılmış hava sistemlərinin layihələndirilməsi, satışı, quraşdırılması və servis xidməti sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Hazırda komandamızı gücləndirmək üçün inkişaf yönümlü, təşəbbüskar və nəticəyönlü B2B Satış Meneceri axtarırıq . Əsas vəzifələr: Yeni korporativ müştərilərin aktiv axtarışı və cəlb edilməsi; Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi; Müştərilərin ehtiyaclarını təhlil edərək uyğun texniki həllərin təqdim olunması; Müəssisələrdə görüşlərin, təqdimatların və danışıqların keçirilməsi; Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi; Satış prosesinin ilk əlaqədən müqavilənin bağlanmasına qədər tam idarə olunması; CRM sistemində müştəri məlumatlarının düzgün və vaxtında qeydiyyatı; Satış planı və KPI göstəricilərinin yerinə yetirilməsi; Bazarın və rəqiblərin təhlili; Qazanılmış və itirilmiş satışların səbəblərinin analiz olunaraq nəticələrin qiymətləndirilməsi. Namizədə tələblər: B2B satış sahəsində minimum 2 il iş təcrübəsi; Ali təhsil (texniki və ya iqtisadi təhsil üstünlükdür); Azərbaycan və rus dillərini sərbəst bilmək; Güclü ünsiyyət və təqdimat bacarığı; Analitik düşüncə və problemlərin həlli bacarığı; CRM sistemləri ilə işləmək təcrübəsi; Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək; B kateqoriyalı sürücülük vəsiqəsi; Ezamiyyətlərə hazır olmaq. Şəxsi keyfiyyətlər: Yüksək məsuliyyət və intizam; Dürüstlük və etibarlılıq; Təşəbbüskarlıq; Nəticəyönümlü düşüncə tərzi; Komanda ilə işləmək bacarığı; Daim öyrənmək və inkişaf etmək istəyi; Planlı və sistemli işləmək bacarığı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.