Yüklənir...
Location: Bakı
Namizədə olan tələblər: Ali təhsil; İnsan Resursları və ya Payroll sahəsində iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər; MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; 1C, Bitrix, ƏMAS, E-sosial və digər dövlət portalları ilə işləmək bacarığı üstünlükdür. Vəzifə öhdəlikləri: İşə qəbul, işdən çıxma və əmək münasibətləri üzrə sənədləşmə proseslərini həyata keçirmək; Əmək müqavilələrinin, əmrlərin və digər İR sənədlərinin hazırlanmasını təmin etmək; ƏMAS, E-sosial və digər dövlət portallarında İR əməliyyatlarını icra etmək; Yeni əməkdaşların qeydiyyatını, sistem hesablarının və giriş icazələrinin yaradılmasını təmin etmək; Payroll prosesində iştirak etmək, əməkhaqqı hesablamaları üçün zəruri məlumatların hazırlanmasını, yoxlanılmasını və aidiyyəti şöbəyə təqdim edilməsini təmin etmək; Məzuniyyət, ezamiyyət, son haqq-hesab, icazə və digər ödənişlərlə bağlı məlumatların düzgün hazırlanmasını təmin etmək; İR və Payroll üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək; İR üzrə daxil olan sorğuları cavablandırmaq və aidiyyəti şöbələrlə koordinasiyanı təmin etmək. İş şərtlərimiz: Əmək haqqı: müsahibə əsasında; İş qrafiki: Həftə içi 5 gün; İş saatları: 08:30-17:30; Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.