Keyfiyyətə nəzarət mütəxəssisi - Aqualink MMC

Location: Bakı

İş şəraiti İş yeri: Astara rayonu İş qrafiki: Tam ştat Əmək haqqı: razılaşma yolu ilə Vəzifə öhdəlikləri: Tikinti işlərinin layihə sənədlərinə, texniki şərtlərə və standartlara uyğunluğunu yoxlamaq;  Tikinti materiallarının (beton, armatur, digər materiallar) keyfiyyətinə nəzarət etmək;  Gündəlik sahə yoxlamaları aparmaq və nəticələri sənədləşdirmək;  Görülən işlərin qəbul aktlarının hazırlanmasında iştirak etmək; Uyğunsuzluqları aşkar etmək və onların aradan qaldırılması üçün təkliflər vermək;  Subpodratçıların iş keyfiyyətinə nəzarət etmək;  Texniki nəzarət və keyfiyyət hesabatları hazırlamaq;  Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət.  Tələblər: Ali təhsil (inşaat mühəndisliyi və ya müvafiq sahə üzrə)  Tikinti sahəsində minimum 2-5 il iş təcrübəsi;  Tikinti norma və qaydaları (SNİP, ГОСТ və ya yerli standartlar) üzrə biliklər;  Texniki çertyoj və layihələri oxuma bacarığı;  Keyfiyyətə nəzarət və texniki nəzarət üzrə praktiki təcrübə;  MS Office və AutoCAD proqramlarında işləmə bacarığı;  Analitik düşüncə və detallara diqqət. İş şərtləri: Rəsmi əmək müqaviləsi; Sabit əmək haqqı; İş qrafiki: həftə içi 5 gün. Təklif edirik: Yemək və qalmaq şirkət tərəfindən təmin olunur  Stabil iş mühiti  Karyera inkişafı imkanları. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və xahiş olunur . e-mail: hr@aqualink.az