Location: Bakı
Arash Company Kontent Menecer vəzifəsi üzrə vakansiya elan edir! Vəzifə öhdəlikləri: Marketinq kommunikasiya strategiyasınına əsasən reklam, bloq məqalələri, məhsul təsvirləri, video ssenariləri və sosial media məzmunları daxil olmaqla müxtəlif marketinq materialları üçün yaradıcı və maraqlı mətnlərin hazırlanması; Veb sayt, blog, sosial media və digər rəqəmsal platformalar üçün orijinal və keyfiyyətli məzmunun yaradılması; Müştəri məqsədləri, müştəriyə xas “tone of voice” və marketinq strategiyaları ilə uyğun yaradıcı və unikal məzmun ideyaları ərsəyə gətirmək; Bazar trendlərini və yenilikləri izləyərək, operativ şəkildə tətbiq etmək ; Tələblər: Yazılı və şifahi səlis Azərbaycan dili biliyi; Rus və ingilis dili biliyi üstünlükdür; Dəqiqlik, məsuliyyətlilik, nəticə yönümlülük, kreativ düşüncə və yazı bacarığı ; Deadline ilə işləmək bacarığı; Baza sosial media idarəedilməsi və SEO bilikləri; MS Office proqramları ilə orta səviyyədə işləmək bacarığı; İş barədə məlumat: İş qrafiki: Həftə içi 5 gün saat 9:00-18:00, Şənbə 9:00-15:00 Əmək haqqı: razılaşma ilə, namizədin bilik və təcrübələrindən asılı olacaq Maraqlanan namizədlər “Kontent menecer” başlığı ilə Müraciət Et düyməsində göstərilən email ünvanına cv göndərə bilərlər.