Location: Bakı
Salary: 600-700
Şirkətimiz hüquq sahəsində inkişaf etmək istəyən, məsuliyyətli və öyrənməyə həvəsli namizədləri “Hüquqşünas” vəzifəsi üzrə əməkdaşlığa dəvət edir. Hüquqi sənədlərin hazırlanması, təhlili və hüquqi ekspertizasının həyata keçirilməsi; Müqavilələrə hüquqi rəy verilməsi və standart müqavilə nümunələrinin hazırlanması; Mövcud hüquqi sənəd bazası ilə işləmək, onun sistemləşdirilməsi və təkmilləşdirilməsi; Dövlət orqanlarına və digər təşkilatlara rəsmi məktubların, sorğuların, ərizə və müraciətlərin hazırlanması və göndərilməsi; Daxil olan müraciətlərin qanunvericiliyə uyğun şəkildə və müəyyən edilmiş müddətlərdə cavablandırılması; Qanunvericilikdə baş verən dəyişikliklərin mütəmadi izlənilməsi və aidiyyəti struktur bölmələrin məlumatlandırılması; Hüquqi məsələlərlə bağlı daxili yazışmaların və hesabatların hazırlanması; Rəhbərlik tərəfindən verilən digər hüquqi xarakterli tapşırıqların operativ və keyfiyyətli icrası; Şirkətin tərəfdaşları və digər şirkətlərlə görüşlərdə iştirak etmək, hüquqi məsələlərin yerində müzakirəsini aparmaq və danışıqlarda şirkəti təmsil etmək. Tələblər: Ali təhsil – yalnız “Hüquqşünaslıq” ixtisası üzrə məzun olan şəxslər; İş təcrübəsi – 1 (bir) ilədək; Azərbaycan dilində sərbəst, peşəkar yazı və ünsiyyət bacarığı; Rus və ingilis dil bilikləri üstünlükdür; MS Office proqramlarında (Word, Excel) yüksək səviyyədə işləmək bacarığı; Analitik düşünmə və hüquqi təhlil bacarığı; Ünsiyyət və komandada işləmə bacarığı; Məsuliyyətlilik, diqqətlilik və operativlik; Daim öyrənmək və peşəkar inkişaf etmək istəyi. İş şəraiti: İş yeri: Bakı şəhəri Əmək haqqı: 600 – 700 AZN Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Əlaqə: 055 219 55 25 (Vüsalə xanım)