Kredit mütəxəssisi (Bölgə filialları) - ASEL Kredit

Location: Bakı

İş yeri:  Bölgə filialları (Kürdəmir, Ağcabədi, Şəki, Cəlilabad,Ağsu) Vəzifə öhdəlikləri: Potensial müştərilərin cəlb edilməsi və kredit məhsullarının təqdimatı; Kredit müraciətlərinin qəbul edilməsi və ilkin təhlilinin aparılması; Müştərilərin ödəmə qabiliyyətinin qiymətləndirilməsi; Kredit sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi; Verilmiş kreditlər üzrə monitorinqin aparılması; Kredit portfelinin keyfiyyətinin qorunması və problemli kreditlərlə bağlı tədbirlərin həyata keçirilməsi; Daxili qayda və prosedurlara uyğun fəaliyyət göstərilməsi. Tələblər: Ali və ya orta ixtisas təhsili; Maliyyə, bank işi və ya satış sahəsində iş təcrübəsi üstünlükdür; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; MS Office proqramlarından istifadə bacarığı; Ünsiyyət, təqdimat və satış bacarıqları; Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı; Şəxsi avtomobilin olması üstünlük hesab olunur. Şirkət təklif edir: Rəqabətədavamlı əməkhaqqı və bonus sistemi; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Korporativ təlimlər və davamlı inkişaf proqramları; Dinamik və peşəkar iş mühiti. Göstərilən tələblərə cavab verən, namizədlərin  CV-lərini “Kredit mütəxəssisi (Filialın adını qeyd edin) başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.