Location: Bakı
İş şəraiti İş yeri: Azərbaycan, Sumqayıt İş qrafiki: 5 günlük – 08:00-16:00 (1-ci növbə), 16:00-00:00 (2-ci növbə) Şənbə və bazar istirahət günləri Vəzifə öhdəlikləri: Xətt işə düşməzdən əvvəl polimer örtüklü polad lövhə rulonlarının düzgün yerləşdirilməsini təmin etmək; Polimer örtüklü polad lövhənin formaverici valların arasından standartlara uyğun keçməsini təmin etmək; Süngər və ya bantın sendviç panellərinin yanlarına düzgün vurulmasını təmin etmək; Nasosların normal təzyiqlə çalışmasına nəzarət etmək; Xəttin sürətinə nəzarət etmək; Xammal qarışığı tökülən ucluqdan qarışığın normada tökülməsinə nəzarət etmək; Ucluğun yuyulması üçün istifadə edilən yuyucu maddə və su qarışığının olduğu çənin səviyyəsinə və təzyiqinə nəzarət etmək; Press sahəsində divar və ya dam panellərinin hərəkətinə və pressin qaydaya uyğun tənzimlənməsini təmin etmək Press formaların düzgün yığılmasını təmin etmək; Sendviç panel istehsal xəttinin iş prinsipi barədə biliklərə sahib olmaq (polimer örtüklü polad lövhə, PUR/PİR, Daş yun); İstehsal prosesinin müxtəlif mərhələlərində (formalaşdırma, pressləmə, kəsmə və paketləmə) avadanlıqların işinə nəzarət etmək; İstehsal zamanı texniki parametrlərin (sürət, təzyiq, ölçü standartları və s.) tələblərə uyğunluğunu təmin etmək; Sifarişlərin və istehsal göstəricilərinin izlənilməsi məqsədilə əsas kompüter biliklərinə malik olmaq. Namizədə olan tələblər: Orta və ya orta-ixtisas təhsil; İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi; Yeni texnologiyalara öyrənməyə həvəsli; Dinamik və tələbkar iş mühitində işləməyə hazırlıqlı. Digər məlumatlar: Servislə təmin olunma; Nahar şirkət tərəfindən təmin edilir; İllik Tibbi sığorta paketi; Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək. Əgər yuxarıda göstərilən tələblərə cavab verirsinizsə, vakansiyanın adını qeyd etməklə CV-inizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.