Location: Bakı
Vəzifə öhdəlikləri Qablaşdırma məhsullarının dizaynının hazırlanması və çapa uyğunlaşdırılması; Müştəri tələblərinə uyğun dizaynların hazırlanması və redaktə edilməsi; Hazırlanan işlərin keyfiyyətinə tam məsuliyyət daşımaq; Yeni məhsullar üçün kreativ və innovativ dizayn konsepsiyaları hazırlamaq; İstehsal və satış komandaları ilə koordinasiyalı işləyərək sifarişlərin vaxtında və keyfiyyətlə icrasını təmin etmək. Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Ali təhsil; Qrafik Dizayn sahəsində minimum 2 il iş təcrübəsi (mütləqdir); Adobe Photoshop , Adobe Illustrator və CorelDRAW proqramlarında sərbəst işləmək bacarığı; Hərf, yazı və orfoqrafik səhvlərə qarşı yüksək diqqətlilik; Kreativ düşüncə tərzinə malik olmaq, yenilikçi və funksional dizayn ideyaları təqdim etmək bacarığı; Dəqiq, məsuliyyətli və nizam-intizamlı olmaq; Stressli iş mühitində operativ və keyfiyyətli işləmək bacarığı; Komandada işləmək və vaxtı effektiv idarə etmək bacarığı. İş şəraiti Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək; Rəsmi əmək müqaviləsi; Nahar şirkət tərəfindən təmin edilir; İş qrafiki: 5 günlük İş yeri: Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur). Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və yaxud +994 55 201 26 68 nömrəsinin WhatsApp-na göndərə bilərlər.