Biznesin inkişafı üzrə kiçik mütəxəssis - ATL Tech

Location: Bakı

“ATL Tech” olaraq biznes inkişafı istiqamətində komandamıza dəstək göstərəcək və inkişaf yolunda birgə əməkdaşlıq edəcəyimiz  “Biznesin inkişafı üzrə kiçik mütəxəssis” axtarışındayıq.  Vəzifə öhdəlikləri: Bazar və rəqib analizlərinin aparılması; Potensial müştərilərin və biznes imkanlarının araşdırılması; Təklif və təqdimat materiallarının hazırlanması; Potensial müştərilərlə ilkin əlaqələrin qurulması və ünsiyyətin idarə olunması; Məlumat bazasının formalaşdırılması və mütəmadi yenilənməsi; Biznes inkişafı istiqamətində gündəlik proseslərdə dəstək göstərilməsi; Tender və kommersiya təkliflərinin hazırlanmasında dəstək göstərilməsi; Tələblər: Biznesin idarə edilməsi, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil; Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı (rus dili biliyi arzu olunandır); İT məhsul və xidmətləri haqqında ilkin təsəvvür; MS Office proqramlarından sərbəst istifadə bacarığı; Google Sheets / Excel-də analitik alətlərdən istifadə bacarığı; Onlayn araşdırma və məlumat analizi bacarığı; Analitik düşüncə, məsuliyyətlilik və təşəbbüskarlıq; Müraciətlərinizi mövzu hissəsində “Biznesin inkişafı üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.  Müraciət maili   hr@atltech.az