Location: Bakı
“ATL Tech ” olaraq zəng mərkəzi üzrə proqram təminatlarının stabil və səmərəli fəaliyyətini təmin etmək məqsədilə, server infrastrukturunun və proqram təminatı mühitlərinin (development/ production) idarə olunması üzrə minimum 3 il müddətində təcrübəyə malik “ Sistem Administratoru” axtarışındayıq. Namizəd proqram təminatı mühəndisləri ilə sıx əməkdaşlıq edərək, proqram təminatlarının quraşdırılması, monitorinqi və optimallaşdırılmasında cavabdeh olacaqdır. Vəzifə öhdəlikləri: VMware platforması üzərində Linux əsaslı development (inkişaf), staging (sınaq) və production (istismar) mühitlərinin qurulması, miqyaslandırılması və idarə edilməsi; Proqram təminatı mühəndisləri ilə əməkdaşlıq zamanı texniki əlaqələndirici rolun icra edilməsi; Tətbiqlərin yerləşdirilməsi (deployment), mühitlərin uyğunlaşdırılması və problemlərin aradan qaldırılmasında iştirak edilməsi; Sistemlərin və call-center platformalarının vəziyyətini izləmək üçün monitorinq həllərinin ( Zabbix ) tətbiqi və idarə olunması; Canlı mühitdə yaranan insidentlərin əsas səbəblərinin araşdırılması (RCA); Server loglarının analizi və qarşılaşılan problemlərin həllinə dəstək verilməsi; VoIP xidmətlərinin infrastrukturuna dəstək göstərilməsi; Əməliyyat sisteminin real-vaxt səs protokolları ( SIP/RTP ) üçün optimallaşdırılması; Gündəlik işlərin və ehtiyat nüsxələmə (backup) proseslərinin avtomatlaşdırılması üçün skriptlərin ( Bash, Python ) yazılması; Tələblər: Linux (Ubuntu/CentOS) və VMware vSphere üzrə yüksək səviyyəli biliklər; Sistem administratoru olaraq, xüsusiylə proqram təminatının inkişafı və ya istismar mühitləri ilə bağlı minimum 3 il müddətində iş təcrübəsi; Windows serverlə praktiki iş təcrübəsi; Enterprise və cloud səviyyəli monitorinq və xəbərdarlıq sistemlərinin konfiqurasiyası üzrə praktiki iş təcrübəsi; Konteynerləşdirmə texnologiyaları ( Docker ) ilə production təcrübəsi; Şirkətin tətbiq olunan iş mexanizmləri çərçivəsində proqramçılarla effektiv işləmək bacarığı; Log idarəetmə alətləri (məsələn: ELK stack, Graylog) ilə işləmək bacarığı; SIP siqnallaşması və telefoniya tətbiqlərinin infrastruktur tələbləri haqqında məlumatlılıq; CI/CD alətləri haqqında məlumatlılıq; Qeyd: Vakansiya üzrə yalnız ilkin seçim mərhələsi üzrə uyğun görülən namizədlərlərin dəyərləndirilməsi həyata keçiriləcəkdir. Müraciətlərinizi mövzu hissəsində "Sistem administratoru" qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.